Tanınmış şair Təvəkkül Goruslu yeni kitabını oxucularına təqdim edib.
Sentyabrın 20-də Sumqayıtda Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair Təvəkkül Goruslunun “Damcı izi…” adlı yeni kitabının təqdimatı olub.
Şeir, sənət adamlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə iştirak edənlər şairin ədəbi-bədii yaradıcılığı haqqında fikirlərini bölüşüblər, ona yeni uğurlar arzulayıblar.
Musiqili - ədəbi tədbirdə şair özünün yeni şeirlərini səsləndirib, oxucuların suallarını cavablandırıb, kitabın nüsxələrini poeziya həvəskarlarına, daimi oxucularına hədiyyə edib, qonaqlarına, tədbirin təşkilinə yardımçı olan Görus icmasının üzvlərinə təşəkkürünü bildirib.
Xatırladaq ki, Təvəkkül (Goruslu) Məmmədov 1 iyul 1962-ci ildə Zəngəzur qəzasının mərkəzi olmuş Gorus rayonunun səfalı guşələrindən olan Ağbulaq kəndində dünyaya göz açıb, ixtisasca mühəndisdir və bu onun nəşr edilən 8-ci kitabıdır.