qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2015-ci ilin ilk qrant layihəsi çərçivəsində “Zəngəzur” Cəmiyyətləri Birliyi “TÜRK, YA ERMƏNİ SOYQIRIMI? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabı işıq üzü görüb.
QHT mətbəəsində nəfis tərtibatla nəşr edilmiş 126 səhifəlik kitabın tərtibçi müəllifi Birliyin sədri, yazıçı - publisist Hacı Nərimanoğludur.
Kitaba ön sözü millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyev yazıb.
Adından da göründüyü kimi, kitabda bu gün dünya hegemonluğu iddiasında olan, bir əsrdən artıqdır ki, ermənilərin Anadolu və Qafqazda müsəlman türk əhaliyə qarşı soyqırımı və deportasiyasına hər cür açıq və gizli hərbi-siyasi dəstək verən böyük dövlətlərin təmsilçilərinin - tarixçi alim, siyasətçi, diplomat, araşdırmaçı yazarlarının görüb şahid olduqları, qələmə aldıqları materiallar toplanıb. Avropa Birliyinin bədnam qərarının qəbul edildiyi günlərdə işıq üzü görən kitab erməni yalanlarını ifşa edən mükəmməl mənbədir.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Zəngəzur” Cəmiyyətləri Birliyi tərəfindən "Saxta erməni soyqırımı iddiaları haqqında rus, ingilis, fransız, amerikan, gürcü, yəhudi, erməni şahidlərin ifadələrinin toplanaraq nəşr edilməsi” layihəsi çərçivəsində nəşr edilib.
Kitabın tam mətni PDF variantında saytın "Kitablar" bölümündə yerləşib.