Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası öz işini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.
İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdirib.
Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.
“İclasın işinin uğurla başa çatması tarixi məna daşımaqdadır. Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə birlikdə onların dillərinin qorunmasına da öz töhfəsini verəcək.
Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu bu prosesə dəstək verən Türk Dövlətlərinin rəhbərliyinə və əməyi keçən bütün Komissiya üzvlərinə dərin təşəkkürünü bildirirlər. Bütün müvafiq qurumlardan təklif olunan Ortaq Türk Əlifbasının tətbiq olunmasını fəal şəkildə dəstəkləmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
ortaq_turk_elifbasindaki_herflerin_turk_dillerinde_movcud_olan_fonemleri_eks_etdirmesine_xususi_diqqet_yetirilib_achiqlama
Hacı Nərimanoğlu: sonu xeyirli olsun, olmamasındansa, ortada konkret nəyinsə olmağı daha yaxşıdır. Ancaq mən yenə də əvvəllər dəfələrlə bildirdiyim, əsaslandırmağa çalışdığım fikirdə qalıram: Türk dili və əlifbası Türk Dövlətləri Birliyinin ortaq dili, əlifbası olaraq qəbul edilməlidir
https://zengezur.com/index.php/kh-b-rl-r/564-turk-dili-elifbasi-tdt-zhebul-etmeli
Hacı Abdulla
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru