Türk tarixinin ən böyük faciəsi: Sarıkamış – 110
Birinci dünya savaşında çar rusiyası qoşunları Osmanlı Dövləti ordu hissələrinin əsas qüvvələrinin digər cəbhələrdə savaşdığını bilərək 1914-cü ilin noyabrında Osmanlı sərhədlərini keçib itkilər versə də, Oltu, Narman, Penek, Horasan, Bardız, Mecingirt, Karaurgan, Divik, Ərzurum, Qars, Arazboyu tərəfləri işğal edir, ermənilərin də amansız aktivliyi ilə dinc, silahsız əhalini qırır.
Osmanlı dövləti hərbi rəhbərliyinin ruslara qarşı döyüşmək üçün göndərdiyi qüvvələr Sarıkamış, Allahüekber dağlarının hündür keçidlərində qarlı, sazaqlı, küləkli, şaxtalı fırtınaya məruz qalır. 22 dekabr 2014 – 4 yanvar 1915-ci il arasında yollarda donaraq həyatını qeyb edənlərin sayı mənbələrdə 90.000, əsir götürülən taqətsiz yaralıların sayı 40-50 min arası göstərilir.
Ancaq qəhrəman Osmanlı-Türk dövləti, xalqı, ordusu belə acı faciə qarşısında da sınmadı, əyilmədi, əksinə toparlanaraq 4 il sonra Qurtuluş Savaşına qalxıb Anadolu, üstəlik Cənubi Qafqazı da istilaçı yadlardan təmizlədi.
Adı Sarıkamış faciəsi kimi tarixə yazılan insanlıq fəlakətinin 110-cu ilində Türkiyə, Azərbaycan şəhidlərinin xatirəsini ağır kədərlə, hüznlə yad edirik, Ulu Tanrıdan bir daha qardaş xalqlarımıza belə faciələr yaşatmaması üçün dua edirik.
Hacı Nərimanoğlu Abdulla,
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru