Yazıçı Güllü Məmmədovanın “Oğurlanmış Zəngəzur” tarixi-sənədli romanı yenicə çapdan çıxıb. Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır.
AZƏRTAC xəbər verir ki, “Zərdabi nəşr” MMC tərəfindən nəfis tərtibatda çap edilmiş romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andronik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır.
28 iyuldan Türkiyədə meşə yanğınları başlayıb. Türkiyənin ən gözəl turizm guşələrində, təbiət bölgələrində, turizmin ən qaynar, cəlbedici çağında, müxtəlif istiqamətlərdə, küləkli gündə, çətin keçilən dağlıq ərazilərdə eyni vaxtda başlanan yanğınlar açıq-aydın düşmən terrorudur, əvvəlcədən planlaşdırılmışdır, Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində Türkiyənin açıq, fəal hərbi-siyasi dəstəyinə görə türk düşmənlərinin cavabıdır, Türkiyənin regionda söz sahibi, müstəqil güc sahibi olmasına qarşı böyük güclərin təhdidir, gəlirli, ən incə yerindən vurulan zərbədir. Dünya ümumi evdir, onun harasındasa ekologiyasına, havasına, flora, faunasına edilən qəsd ümumbəşəri cinayətdir. Çox üzgünük, insanlıq əleyhinə yönələn bu terror aktını lənətləyirik. Allah Türkiyəmizin, onu sevənlərin dualarının tez bir zamanda gerçəkləşməyinə, yanğın fəlakətinin, faciəsinin durdurulmasına yardımçı olsun. Səninləyik, Türkiyə, kədərin kədərimizdir.
Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir. F-35, F-16-lar yaxın gələcəkdə tarixə çevriləcək, havadan müdafiə sənayesində artıq pilotlar olmayacaq, robotla idarə edilən təyyarələrdən istifadə ediləcək.
İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər, PUA-lar 3 min saat fasiləsiz uçuş edib, Ermənistana məxsus 90 tank da daxil olmaqla, 900-dən çox hərbi hədəfi məhv edib.
- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət
- Nizami nə vaxtdan fars şairi olub?
- Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi rus, ingilis, erməni mənbələrində
- Ermənilərin dağıdıcı, soyğunçu mentaliteti arxiv sənədlərində
- Şuşa əvvəl alınmaz hərbi qalaya, sonra isə maarif, mədəniyyət mərkəzinə çevrilməlidir
- Xruşşova “Mən neft tapdım. Bax, belə! Salmanov”
- Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib
- Amerikalılar “erməni soyqırımı” iddialarının saxtalığını faktlarla sübut edirlər
- "Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq" - İlham Əliyev
- "Ağıldan bəla” komediyası müəllifinin tragikomik sonu: A.S.Qriboyedov və ermənilər