Türklərə qarşı ermənilərin apardığı soyqırımı iki əsrə yaxındır davam edir.
Türklərə qarşı kin-küdurət, nifrətlə yoğrulmuş erməni xislətindən doğan genişmiqyaslı milli hərəkat ilk dəfə 1780-cı ildə Türkiyədə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın əsas məqsədi, silah və terror gücü ilə Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq olmuşdur. Hərəkatın liderləri Qara dənizi, Aralıq dənizi və Xəzər dənizinə çıxış əldə edilməyənə qədər, mübarizənin hər bir yolundan istifadə olunmasının zərüri olduğunu elan etmişdilər. Erməni milli hərəkatı sonralar təşkilatlanaraq fəaliyyətlərini daha da genişləndirmişlər.
Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyinə
Əli Vəliyev 27 fevral 1901-ci ildə Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə məktəbini, ardınca Bakı mərkəzi firqə məktəbini bitirib. Zəngəzur bölgəsində işləyib, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfünunu (APİ) bitirib. "Şərq qapısı" qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçıları İttifaqında, İncəsənət İşçiləri İttifaqında çalışıb. Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi-"Azərbaycan" jurnalının baş redaktoru olub. Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Azərbaycandan olan tanınmış alim, professor Aygün Attar yüksək vəzifəyə təyin olunub. Aygün Attar Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü seçilib. Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi edib. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. O, 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. Aygün Attar 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin rəhbəri təyin edilib. Xatırladaq ki, xanım Aygün Attar həm də "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin Türkiyə təmsilçiliyinin rəhbəridir. Layiqli seçimə görə təşəkkürlər, hörmətli R.T.Ərdoğan, Azərbaycan Sizi sevir! Təbrik edirəm, Aygün xanım, uğurlarınız davamlı olsun!
İşğaldan azad edilən torpaqları yenidən daimi Vətənə çevirmək üçün Qubadlı, Zəngilan, Laçın rayonlarının Ermənistan sərhədləri yaxınlığında çoxminlik əhalinin yaşaya biləcəyi yeni abad, müasir şəhər, qəsəbə, kəndlər tikməliyik, necə ki, bədnam, üzdəniraq məkrli qonşularımız 1920-ci illərə qədər Azərbaycan türklərinin əzəli yurd yerləri, Zəngəzur bəylərinin mülkü olmuş tarixi dədə-baba ellərimizdəki kiçik kəndlərin yerində Qafan, Qacaran, Gorus kimi 50-100 min əhalinin yaşadığı iri, səliqə-sahmanlı, yaraşıqlı şəhərlər, Zeyvə, Xinzirək kimi rahat yaşayış üçün hər cür şəraiti olan böyük kəndlər inşa edib məskunlaşdırma aparıblar, biz də o yolu getməliyik. Ermənilər heç vaxt düz-düzəngahda, əkin-biçinə yararlı, çay, sel-su basma ehtimalı olan yerlərdə yaşayış yeri tikməzdi, onlar fitnə-fəsad, məkrlə əldə etdikləri torpağın hər qarışının qədir-qiymətini, dəyərini bilirdilər.
Terroru dövlət siyasətinə çevirən Ermənistanın Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
Aşağıda qeyd edilənlər belə faktların yalnız bir qismidir:
- Şəhidlər anısına, doğmalar acısına
- Mən bu qələbənin olacağına inanırdım...
- 2020-ci ildə məşhur “Zəngəzur” tarixi romanının müəllifi Əyyub Abasovun anadan olmasının 115 ili tamam olur
- Şuşa yolumuzu gözləyir, gecikirik!
- R.T.Ərdoğan: mütləq çözürüz! (Rəislə 9 il əvvəlki görüş - söhbət ilk dəfə)
- Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən 100 il ötür
- Saray kəndim 28 il sonra
- R.T.Ərdoğan: mütləq çözürüz!
- Şuşanın tarixinə ekskurs
- Lətif Şüküroğlu: Qubadlıya salam de