Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur.
Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur.
Bənzərsiz istedad, əsl kişi qeyrətli, milli düşüncəli, vətənsevər şair idi Eldar Baxış, dünyaya gəldiyi gün 22 iyun, əbədiyyətə qovuşduğu gün 22 may, cismani ömrü 49 il, şeirlərində isə əbədi yaşayacaq...
9-15 iyun 2024-cü ildə Finlandiyanın Salo şəhərində pauerliftinq (AWPC dopinq kontrol versiyası) üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan 8 idmançı ilə təmsil olunub və komanda hesabında 3-cü yeri tutub. İdmançımız Zaur Cəfərov (110 kq) bu dəfə də qızıl medal qazanaraq fəxri kürsünün ən uca pilləsində dayanıb.
Qeyd edək ki, Zaur Rzayev Azərbaycan pauerliftinq tarixində bu idman yarışı üzrə ən yüksək nəticəyə görə verilən “Elitar Üzük” alıb. Zaur bundan əvvəl də müxtəlif mötəbər çempionatlarda mütləq dünya çempionu adını qazanıb, 6 dəfə dünya və 6 dəfə Avropa rekordunu yeniləyib, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrdə Azərbaycanın Dövlət Bayrağınının dalğalanmasına, Himnimizin səslənməsinə nail olub. 2023-cü il iyunun 21-25-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Pauerliftinq üzrə Açıq Avropa birinciliyində A/WPC versiyası üzrə “benç press” hərəkətində 300 kiloqram nəticə ilə ən yüksək dərəcə tələbini yerinə yetirib. Göstərdiyi yüksək nəticələrə görə ilk dəfə bu mükafatı ona Avropa və Asiya Pauerliftinq Federasıyasının prezidenti (WPC-AWPC,WPO-WPSO) üzrə Ümumdünya İdman Təşkilatının rəhbəri Yuri Ustinov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Qran-pri turnirində təqdim edib.
Əslən Qubadlı rayonunun Əliquluuşağı kəndindən olan əməkdar və beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Stronqmen Federasiyasının üzvü Zaur Cəfərovun atası tanınmış yazıçı və ədəbiyyatşünas, BDU-nun müəllimi, "Akademkitab"ın direktoru professor Əlağa Cəfərovdur.
Zaur Finlandiyada qazandığı bu parlaq qələbəni həm də gəncliyində peşəkar idmançı olmuş atasının 70 illik yubileyinə həsr edib.
zengezur.com
Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan "Zəngəzur sənətkarlığı" adlı layihənin ilkin mərhələsi üzrə planlaşdırılan işlər uğurla davam etdirilir.
İyunun 14-də Laçın şəhər 2 nömrəli tam orta məktəbdə 32 il sonra ilk dəfə "Son zəng" çalınıb, musiqili-ədəbi tədbir keçirilib. Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov əziz gün münasibətilə müəllim, şagird, valideynləri təbrik edib. Cəbrayılın Cocuq Mərcanlı, Zəngilanın Ağalı kənd orta məktəblərində də "Son zəng" şənlikləri keçirilib.
İdarədən zengezur.com saytına verilən məlumatda həmçinin qeyd edilib ki, 2023-2024-cü tədris ilində Təhsil İdarəsi üzrə 4029 nəfər XI sinfi, 5419 nəfər IX sinfi, 3805 nəfər I sinfi başa vurur. 2423 uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb olunub. Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrində 54123 nəfər şagird təhsil alıb.
Xüsusilə qürurvericidir ki, bu gün son zəng artıq işğaldan azad olunmuş Şərqi Zəngəzur regionunda fəaliyyətini bərpa edən məktəblərdə də çalınır.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi dərs ilinin başa çatması münasibətilə Zəngəzur elimizin elm və təhsil verən və bilik alan şagird, müəllimlərini, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin kollektivini təbrik edir, uğurlar diləyir.