Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin mənasız sülh, danışıqlar çağırışına aldanmaq yoxdur, təzyiqlərinə əyilmək yoxdur, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan… alınmadan durmaq bağışlanmaz səhv olardı, yalnız tam qələbədən sonra masa arxasında oturmaq var. Durmaq yox, son qələbəyədək davam. Bütün diləklərimiz, xeyir-duamız sənin üçündür, yolun açıq olsun, xalq səndən zəfər gözləyir, sənə inanır, canımızın, cismimizin ən əziz parçası-Azərbaycan Ordusu! "Qurani-Kərim", Bəqərə surəsi, 179-cu ayə: "Ey ağıl yiyələri, qisas alırsınızsa, deməli, yaşayırsınız..."