Komandanlığınızla 27 sentyabrdan başlanan Qurtuluş Savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir. Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır (müraciət https://president.az/articles/44578 və https://azertag.az/xeber/1625951 saytında yerləşib).
Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru "525-ci qəzet", 13.09.20.
http://525.az/site/?name=xeber&news_id=152198
Dövlətimiz, xalqımız və qüdrətli ordumuz Qarabağda haqq savaşı, işğaldan qurtuluş savaşında olduğu bu tarixi günlərdə müqəddəs kitabımız olan "Qurani-Kərim"dəki ayələrin uca və dərin hikmətinin bir daha xatırlanaraq dərk olunmasına böyük ehtiyac var. Odur ki, həmin ilahi ayələrdən bu mövzuyla bağlı bir neçəsini diqqətə çatdırmağı lazım bilirik:
Bütün tarixi məkr, hiylə, alçaqlıqlarla dolu olan, yalanı, yaltaqlığı, böhtanı dövlət siyasətinə çevirən Ermənistanın Moskvada imzalanmış atəşkəs razılaşmasının mürəkkəbi qurumamış Gəncə və digər şəhər, kəndlərimizi hərbi-siyasi havadarlarının havayı verdiyi top, raketlərlə atəşə tutması bunun yeni əyani sübutudur. Üz-üzə döyüşdə, savaşda həmişə rəzil, miskin durumda qalan ermənilərin əvvəlcə dünya liderlərinə minnətçi düşüb atəşkəs üçün vasitəçilik etməsinə yalvarması, ardınca imzalanmış sənəddən riyakarcasına imtinası, Azərbaycan iqtidarının humanist addımından bəhrələnib vaxt qazanaraq əzilmiş, sındırılmış hərb maşınını təmir etmək istəyi bu murdar xislətin təzahürüdür. “Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası xain saldırılarda həyatını itirən həmvətənlərimizə Uca Tanrıdan rəhmət, əzizlərinə səbir, yaralılarımza şəfalar diləyir. Sentyabrın 27-dən başlanan Milli Qurtuluş Savaşı ilə xalqımızın iradəsinin, yekdil düşüncəsinin qətiyyətli ifadəçisinə çevrilən Ali Baş Komandan İlham Əliyevə müraciət edərək, işğal altında olan torpaqlarımız son kəndinə qədər tamamilə azad edilən günədək Ermənistanın və havadarlarının sülh, danışıqlar çağırışından imtinaya çağırırıq. Prezident, Ali Baş Komandanımızın bu tarixi şansı, xalqımızın, ordumuzun döyüş ruhunu, qələbə əzmini Zəfər gününədək fasilə vermədən son qələbəyə aparacağına inanırıq. Xalqımız sizinlədir, zəfərlər səninlə olsun, Milli Ordumuz, Sizə inanırıq, güvənirik, cənab Ali Baş Komandanımız!
Hacı Nərimanoğlu, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri
Artıq Azərbaycanın əsrarəngsiz təbii gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu Zəngəzur ellərinə, Zəngəzurun Azərbaycana qovuşmasına sayılı günlər qalıb. Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza şəfalar, Qazilərimizə zəfəriniz mübarək, Tanrı sizləri qorusun-deyirik. Yurd-yuvalarına dönüş həsrətilə dünyadan köçən həmvətənlərimizə rəhmət, bu xoşbəxt günləri gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik. Prezident və Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti, döyüş ruhu, dövlət-xalq birlik, bərabərliyi qələbəni, qurtuluşu, zəfər günlərini günbəgün yaxınlaşdırır. Gözün aydın, Azərbaycan, zəfərlər səninlə olsun!
Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Keçmiş səhvlər təkrarlanmasın, durmaq yox, qələbəyədək davam!
Xalqın tələbi, bu savaşdan gözləntiləri budur! Artıq tariximizin Qarabağsız keçən ən şərəfsiz 28-30 illik dövrü bitmək üzrədir. 27 sentyabrdan başlanan əks-hücum Azərbaycan xalqının, Dövlətinin, Ordusunun, Prezident və Ali Baş Komandanının dönməz, sarsılmaz, əyilməz iradəsinin təcəssümüdir. Erməni panika içində Qarabağdan qaçır, anlayır ki özünün olmayan bu torpaqlar onlara məzar olacaqdır. Artıq ermənilərin və onların hərbi-siyasi dəstəkçilərinin Azərbaycan adına baş töhməti olan 30 illik sülh, danışıqlar çağırışına aldanmaq, təzyiqlərinə əyilmək yoxdur. Bu savaş artıq aldadıcı, icazəli rus planı olmamalıdır, olmayacaqdır, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan... alınmadan durmaq, dayanmaq, sülhə getmək yoxdur. Xalqın güc, qüvvət, milli qeyrəti, hərbi-siyasi düşüncəsi, istəyi birdir-son qələbəyədək davam! Əks halda sonluq indiyədək olmamış dərəcədə faciəli olar-tarixin dərslərindən çıxan acı nəticə budur. https://525.az/site/?name=xeber&news_id=151004#gsc.tab=0
- Vətənə qayıdış və qisas zamanıdır!
- "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Zəfər sənin olacaq, Azərbaycan Ordusu!
- Erməni terror təşkilatları
- Zəngəzurlu 3 general nazirin eyni vəzifə taleyi: Xosrov bəy Sultanov, Valeh Bərşadlı, Məhəmməd Əsədov və Qarabağın işğalına aparan yol
- Oxçu qətliamının 100 ili tamam olur
- 29 oktyabr Türkiyə Cümhuriyyətinin yarandığı gündür
- Hacı Nərimanoğlu: Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir
- Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib
- Zəngəzurda ermənilərə verilən tarixi dərslər
- Xalqın sevdiyi, seçdiyi Lider-fevralın 26-da Rəcəb Tayyib Ərdoğanın 65 yaşı tamam olur