Bayram Mustafanın vəfatı xəbərindən çox üzüldüm, baxmayraq ki, sağalmaz xəstəliyə mübtəla olduğunu bilirdim, 1 iyunda 77 yaşı münasibətilə zəng edib təbrik etmişdim, səsinin zəifliyindən dolayı da ikimiz də qəhərsilənmişdik. Onunla 1993-cü ilin sentyabrından başlayan doğma ünsiyyətimiz barədə bir neçə dəfə yazmışam, xatirələrimizi bölüşmüşəm. Bayram əmioğlunun Mingəçevir dənizinin dibinə əbədilik gömülən Samux dərdi, həsrəti ilə mənim 28 illik Qubadlı, Zəngəzur dərdim, nisgilli həsrətim bizi bir-birimizə bağlamışdı.
Bayram Ağamirzə oğlu Mustafa 1947-ci ildə Samux rayonunun Mansurlu kəndində anadan olub. Mingəçevirdə müxtəlif vəzifələrdə çalışıb, idmançı, həm də turizm təşkilatçısı olub, azadlıq, müstəqillik ab-havası gələndən şəhərdəki hərəkətlənmənin öncüllərindən, sözü eşidilən, mövqeyi nəzərə alınan kişilərindən biri olub. 1991-2012-ci illərdə - 20 ildən çox Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində çalışıb. 2012-ci ildən Dövlət qulluqçusu kimi təqaüdə çıxıb. Səmərəli fəaliyyətinə görə bir sıra medal və mükafatlarla təltif olunub. Feysbuk səhifəsində tez-tez müəyyən məsələlərə münasibətini bildirirdi.
Söz, ədəbiyyat adamı idi, imkanı dairəsində yazarlara kömək edirdi, əzbərdən zövqlü şeir deməyi vardı, Samux və Mingəçevirin tarixi ilə bağlı bir sıra araşdırmalar aparıb elmi - publisistik məqalələr yazıb, özündən sonra yadigar qoyub.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi adından Mingəçevir və Samux sakinlərinə, Bayram Mustafanın yaxınlarına kədərlə başsağlığı verirəm, xətir-hörmətli, sözlü, söhbətli izi qalan dəyərli insana Uca Tanrıdan rəhmət diləyirəm.
Hacı Nərimanoğlu, 21.07.2024
Türk Dövlətləri Təşkilatının gələcək inkişafına dair mənim baxışlarım tamamilə aydındır. Əminəm ki, bu təşkilatın çox böyük gələcəyi var.
zengezur.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.
Təşkilatı daha da yüksək səviyyəyə qaldırmaq üçün ortaq səylərin lazım olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya çapında güc mərkəzinə çevirməliyik. Bu gün bir neçə beynəlxalq təşkilat var, bəziləri böhran içində, bəziləri tənəzzüldə, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdə”.
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi üzrə silsilə tədbirlər keçirib
Azərbaycan Prezidentinin Sərəncamı ilə 32 il sonra Milli Qəhrəman adı alan Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.
Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.
Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.
Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:
1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.
Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər.
Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.
https://axar.az/news/layiheler/874149.html
R.T.Ərdoğan: “Biz Paşinyana bu məsələ ilə bağlı artıq hər şeyi demişik. İndi biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək”.
zengezur.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan deyib.