Azərbaycanın 27 sentyabr 2020-ci ildə başlanan Qurtuluş Savaşı şanlı ordumuzun ardıcıl qələbələrilə bizi qəti qalibiyyətə - Zəfər gününə aparır. Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır, çünki bütövlüyünü, tamlığını, şərəfini bərpa edir! Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə coşqun milli ruhla davam edən döyüşlər artıq Azərbaycanın tarixi Zəngəzur bölgəsinin Zəngilan, Qubadlı, Laçın rayonlarının sərhədlərinə çatıb.
- Baxış sayı: 1981