Elvira Araslının «İnsan və onun zamanı (atam haqqında xatirələr)» kitabı SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu, Stalinin müşaviri olmuş görkəmli təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanovun dəyərli ömür yolundan bəhs edir. Əli Əmiraslanov Qubadlının ucqar dağ kəndi Balahəsənlidə doğulmuşdu. Anası onu dünyaya gətirəndə həyatdan köçmüşdü. 11 yaşı olanda atası tatar polkunun tərkibində Birinci Dünya müharibəsində Avstriyada ön cəbhədə həlak olmuş, döyüşdə igidliyinə görə çar Rusiyasının yüksək döyüş ordenləri almışdı. Ər kişi qeyrətli nənəsinin himayəsində, uca dağlar, sıldırım qayalar, bol meyvəli meşələr, gur çaylar, gözyaşı kimi bumbuz bulaqlar qoynunda böyüyən Əlinin uşaq qəlbinə nankor ermənilər çalın-çarpaz dağ çəkir, silinməz yara vurur.
- Baxış sayı: 3138