Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu işə başlayıb
Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Forumu işə başlayıb
Zəngəzuru açmayın, bu virusu canımıza salmayın - Rədd edin!
İrəvanda ötən gün keçirilən qondarma soyqırımın 110 illiyi ilə bağlı “məşəl yürüşü”, mitinq, çıxışlar bir daha erməni düşüncəsini, yaşam-həyat tərzini göz önünə sərdi!
Qarabağın yenidən bərpası üçün nə qədər vəsait ayrılıb? Bu ilin I rübündə Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 812,3 milyon manat vəsait yönəldib.
zengezur.com axar.az-a istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,5 % azdır.
Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 20,3 %-i istifadə olunub. Bu isə 1 il əvvələ nisbətən 11,6 faiz bəndi azdır.
Xatırladaq ki, 2021-2024-cü illərdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5,35 milyard manat vəsait ayrılıb. 2025-ci ildə isə bu istiqamətdə 4 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
2025-ci il aprelin 18-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 4 illik fəaliyyətinə dair mətbuat konfransı keçirib.
Aprelin 16-da Zəngəzur ərazisində İran İslam Respublikasının vətəndaşı 59 yaşlı Davud Mərəndin idarə etdiyi “Hovo” markalı yük avtomobili qoşqu ilə birlikdə yoldan çıxaraq aşıb.