XƏBƏRLƏR

 XANLIQLARIN SONU, YOXSA ÖZ  SONUNU YAXINLAŞDIRAN  XANLIQLAR...

Osmanlı imperiyası və İran şahlığı , Azərbaycan xanlıqları və Gürcüstan ilə həmsərhəd idi və küllü miqdarda sərvti olan iki dəniz arasındakı  bu ərazilərdə hər birinin öz geosiyasi maraqları vardı. İngiltərə və Fransa çox uzaqda olsalar da Rusiya imperatorluğunun bu ərazi ilə bağlı geniş dağıdıcı planlarından xəbərdar idi. Avrasiya qitəsinin yarıdan çoxu rus imperatorluğunun əsgərlərinin tapdağı altında idi, avropalıların «jandarm imperiyası» adlandırdıqları bir imperiyanın sərhədlərini genişləndirməsinə Qafqazın, Gürcüstanın və İranın yeraltı, yerüstü sərvətlərini  ələ keçirməsin və daha da varlanmasını istəmirdilər. Rus generalları ordularını Qafqaza, Qara dəniz və Xəzər dənizi istiqamətinə yeritdikləri zaman Britaniya və Kral Fransanı öz aralarında danışıqlar apararaq Britaniya hərbi kəşfiyyatının polkovniki D.Malkolm başda olmaqla  nümayəndə heyətini gizli danışıqlar aparmaq üçün Tehrana göndərdilər.

Erməni siyasi partiyalarının və onların silahlı dəstələrinin 1905-1906-cı illərdə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında törətdikləri kütləvi qırğınlar, çoxsaylı terror aksiyaları barədə o dövrün arxiv sənədləri və dövri mətbuat materialları arasında kifayət qədər məlumatlar öz əksini tapmışdır. Zəngəzur qəzasının Qubadlı nahiyəsində ermənilərin törətdikləri qırğınlar etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu üçün bütöv şəkildə qəzada baş verən hadisələrlə bağlıdır. Qubadlı nahiyəsində baş verən qırğınlar Zəngəzur qəzasında ermənilərin törətdikləri qırğınların tərkib hissəsi olduğu üçün hadisələri xronoloji ardıcıllıqla izləməklə ümumi mənzərəni görmək mümkündür.

“Şuşada bərpa-təmir edilməli binalardan biri də Cahangir xan Nuribəyovun evidir… Həmin evdə Qarabağ general-qubernatorluğunun inzibati binası olub…”
Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ general-qubernatorluğunun yaradılmasından 103 il ötür. Daşnak-bolşevik ünsürlərinin Çar Rusiya imperiyasının çökməsi və I Cahan savaşının bitməsindən sonrakı geo-siyasi baxımdan mürəkkəb və ziddiyyətli dövrdən yararlanaraq Azərbaycanın Zəngəzur və Qarabağ torpaqlarının xeyli hissəsini işğal etməyə çalışdığı bir zamanda mərkəzi Şuşa olmaqla yaranmış bu qurumun qısa, lakin şərəfli tarixində bu gün – 44 günlük müzəffər savaşımızdan sonra Qarabağ və Zəngəzurda hələ görüləcək xeyli işləri qalan Azərbaycan xalqı və dövləti üçün də ibrətamiz məqamlar çox olub.

Altbölüm