İllər illəri əvəzləyir. Əvəzlədikcə də geridə buraxdığımız illərdə yaşanmış tarixi unutmamaq, gələcək nəsllərə bacardığımız qədər ötürməyə çalışmalıyıq. Bu günü düşünəndə o qədər itirdiklərimiz, unutduqlarımız, nəzərdən qaçırtdıqlarımız var ki. Mən də heç düşünməzdim ki, bir vaxtlar bu faktlar, məlumatlar qarşısında aciz qalacam. Yəni araşdırmalarımda çəkdiyim çətinliklərlə üzləşəndə, itirdiyim insanlardan bu mənada istifadə etmədiyimə görə təəssüflənirəm. Çünki indi yazmaq istədiyim mövzu haqqında kifayət qədər məlumat ala biləcəyim bir insanla, Soltan babamla (Soltan Qəhrəman oğlu Soltanov 1870- 1975 ) nə qədər desən bir yerdə olmuşuq. Eləcə də başqa insanlarla.