
Haqdan, ədalətdən, demokratiyadan dəm vuran bir çox beynəlxalq təşkilatlar, bəzi Avropa ölkələri şəri, xəyanəti, yalançılığı, bir sözlə, bütün anti-bəşəri dəyərləri özündə ehtiva edən erməni vərəminə yiyə durmaqda davam edirlər. Biz isə qədim xalq olaraq hələ də təəccüb və heyrət içində düşünürük ki, nə üçün xəstə təfəkkürlü, şeytan xislətli erməni toplumu belə himayə olunur? Son 30 ildə (təkcə son 30 ildəmi) haylar günahsız körpələri, qadınları, qocaları, mülki əhalini qətlə yetirməklə Azərbaycan xalqına qarşı soyqrım törətməyiblərmi? O Azərbaycan xalqına qarşı ki, dünyada milli dövləti ilə tolerantlığın ən gözəl nümunəsidir. Özünün kifayət qədər problemləri, bir milyondan çox qaçqın və məcburi köçkün vətəndaşı ola-ola Avropada kilsə, məktəb tikdirən və ya təmir-bərpa etdirən, mütərəqqi layihələri reallaşdıran, həyata keçirtdiyi humanitar siyasətlə dünyaya əmin-amanlıq mesajları verən Azərbaycana kim nə verib ala bilmir?
O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermşdilər. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
28 iyuldan Türkiyədə meşə yanğınları başlayıb. Türkiyənin ən gözəl turizm guşələrində, təbiət bölgələrində, turizmin ən qaynar, cəlbedici çağında, müxtəlif istiqamətlərdə, küləkli gündə, çətin keçilən dağlıq ərazilərdə eyni vaxtda başlanan yanğınlar açıq-aydın düşmən terrorudur, əvvəlcədən planlaşdırılmışdır, Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində Türkiyənin açıq, fəal hərbi-siyasi dəstəyinə görə türk düşmənlərinin cavabıdır, Türkiyənin regionda söz sahibi, müstəqil güc sahibi olmasına qarşı böyük güclərin təhdidir, gəlirli, ən incə yerindən vurulan zərbədir. Dünya ümumi evdir, onun harasındasa ekologiyasına, havasına, flora, faunasına edilən qəsd ümumbəşəri cinayətdir. Çox üzgünük, insanlıq əleyhinə yönələn bu terror aktını lənətləyirik. Allah Türkiyəmizin, onu sevənlərin dualarının tez bir zamanda gerçəkləşməyinə, yanğın fəlakətinin, faciəsinin durdurulmasına yardımçı olsun. Səninləyik, Türkiyə, kədərin kədərimizdir.

Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir. F-35, F-16-lar yaxın gələcəkdə tarixə çevriləcək, havadan müdafiə sənayesində artıq pilotlar olmayacaq, robotla idarə edilən təyyarələrdən istifadə ediləcək.
İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər, PUA-lar 3 min saat fasiləsiz uçuş edib, Ermənistana məxsus 90 tank da daxil olmaqla, 900-dən çox hərbi hədəfi məhv edib.
- Qubadlının Vətən müharibəsi şəhidləri
- Zəngəzursuz illərin ağrısına güzgü tutan kitab
- Prezident: “Azərbaycan xalqı Zəngəzura qayıdacaq”
- Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət
- Yaşar ürəklərdə, dillərdə adın...
- Nizami nə vaxtdan fars şairi olub?
- Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi rus, ingilis, erməni mənbələrində
- Nəriman Qasımoğlu - Şahsuvar bəy Kələntərov (Hüseynov)
- Ermənilərin dağıdıcı, soyğunçu mentaliteti arxiv sənədlərində
- Şakir Paşaya dostlardan təbrik