Tarixdə heç zaman mövcud olmamış, erməni kilsəsinin uydurduğu "Böyük Ermənistan" mifinin “reallaşması” məqsədilə XIX əsrin sonlarından etibarən erməni burjuaziyası radikal erməni təşkilatları yaratmağa başladı. Bu terror təşkilatları erməni siyasi partiyalarının və onların hərbi-siyasi dəstəkçilərinin əlində alət oldu. Əksər erməni siyasi partiyalarının proqram sənədlərində terrorun məqsədə çatmaq üçün bir vasitə olduğu da təsbit edildi.
«Armenakan» partiyası: 1885-ci ildə yaradılıb. Türkiyənin Van, Muş, Bitlis,Trabzon bölgələrində və İstanbulda silahlı toqquşmalar və terror aktları törədən bu partiya İran və Rusiyada yaşayan ermənilərlə əməkdaşlıqda olub.