Hələ uzun illər keçəcək, 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük möhtəşəm zəfər yolu bizi daha da qürurlandıracaq, şöhrətləndirəcək.
- Baxış sayı: 135
Hələ uzun illər keçəcək, 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük möhtəşəm zəfər yolu bizi daha da qürurlandıracaq, şöhrətləndirəcək.
Görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 17 avqust 1895-ci ildə Qərbi Azərbaycanın İrəvan mahalının Göykümbət kəndində əsilli-köklü nəsillərindən birinin ailəsində dünyaya göz açıb. Bu kənd Topçubaşovların ata-baba malikanəsi olub. Onların İrəvan şəhərində də mülkü olub.
Dünya şöhrətli norveçli səyyah, etnoqraf, antropoloq alim Tur Heyerdalın (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) 1981-ci ilin avqustunda Azərbaycana gəlməkdə məqsədi Qobustandakı qayaüstü qayıq təsvirlərinə baxmaq, onların dövrü haqqındakı elmi məlumatları dəqiqləşdirmək idi.
Azərbaycanın milli at cinsi olan Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan dağ-minik at cinsidir. Onlar yüksək sürəti ilə seçilir, hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödəkdir. Əsas əlaməti parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.
Üzeyir Hacıbəyli (1885-1948) islam dünyasında, müsəlman Şərqində bir çox “ilk”lərə imzasını qoyan dahi sənətkardır; bəstəkar, dirijor, opera yazarı, romans, xor, kamera, süita, üvertüra, vokal, notlu xalq çalğı alətləri orkestri, kantata, ariya, instrumental və digər professional musiqi janrlarının banisi olub, biri-birindən gözəl, rəngarəng əsərləri 100 ildən çoxdur ki, dünyanı dolaşır.
2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu erməni silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhərini azad edib 28 il sonra yenidən Azərbaycana qovuşdurdu.