21 fevral - Beynəlxalq Ana Dili Günüdür. Dil də canlı orqanizmdir, daim inkişaf edir, təzələnir, təmizlənir, yeni sözlərlə zənginləşir.
21 fevral - Beynəlxalq Ana Dili Günüdür. Dil də canlı orqanizmdir, daim inkişaf edir, təzələnir, təmizlənir, yeni sözlərlə zənginləşir.
Dövlət Tərcümə Mərkəzi-ADTM Əyyub Abasovun 1918-1920-ci illərdə erməni silahlı qüvvələrinin Azərbaycanın qədim Zəngəzur mahalında törətdikləri qanlı qətliamların mənzərəsinin ən obyektiv bədii təsvirini verən ikicildlik “Zəngəzur” tarixi romanından seçilmiş parçaları 12 dilə - ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrain, çex, ispan və alman və digər dillərə çevrirərək, xarici KİV-də, beynəlxalq internet məkanında yayıb. Azərbaycan tarixi həqiqətlərinin dünyada yayılması yönündə bu növbəti dəyərli təşəbbüsün ideya müəllifi, ADTM-in rəhbəri, Xalq yazıçısı Afaq xanım Məsud, seçmələr Hacı Nərimanoğluna aiddir. Keçid linki:
Oktyabrın 3-də Bakı Dövlət Universitetində (BDU) Qarabaği təkkə-təsəvvüf ədəbiyyatının nümayəndəsi, sufi şairi, təsəvvüf alimi, nəqşibəndi şeyxi Mir Həmzə Mir Paşa oğlu Qarabaği Nigarinin fəlsəfəsinə və yaradıcılığına həsr olunan Beynəlxalq simpozium keçirilib.
İllər illəri əvəzləyir. Əvəzlədikcə də geridə buraxdığımız illərdə yaşanmış tarixi unutmamaq, gələcək nəsllərə bacardığımız qədər ötürməyə çalışmalıyıq. Bu günü düşünəndə o qədər itirdiklərimiz, unutduqlarımız, nəzərdən qaçırtdıqlarımız var ki. Mən də heç düşünməzdim ki, bir vaxtlar bu faktlar, məlumatlar qarşısında aciz qalacam. Yəni araşdırmalarımda çəkdiyim çətinliklərlə üzləşəndə, itirdiyim insanlardan bu mənada istifadə etmədiyimə görə təəssüflənirəm. Çünki indi yazmaq istədiyim mövzu haqqında kifayət qədər məlumat ala biləcəyim bir insanla, Soltan babamla (Soltan Qəhrəman oğlu Soltanov 1870- 1975 ) nə qədər desən bir yerdə olmuşuq. Eləcə də başqa insanlarla.
Qubadlıda Razim Əliyevin qibtə ediləsi hörməti, nüfuzu var. Tale həm də ona bu imkanı qazanmağı, özünü təqdim etməyi nəsib edib. Sovetin diri vaxtında 30 yaşı olmamış rayon partiya komitəsinin 2-ci katibi, ardınca da rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 33 illik dövlət qulluğundan sonra təqaüd yaşına çatan günü, əvvəlcədən də elan etdiyi kimi, ərizəsini qoyub pensiyaçı ömrünü yaşamağa başlayıb. Prezident Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib, başqa təltifləri də var. Ancaq rayon rəhbərliyi, ağsaqqallar təqaüdə çıxandan sonra da onu rahat buraxmayıblar, gərəkli adam olduğunu bilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası Qubadlı Rayon təşkilatına sədr seçiblər. Yəni təqaüddə olsa da, Razim müəllim bu gün də yenə layiq olduğu görünən yerdədir.
Hacı NƏRİMANOĞLU, Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru
Yolçu! Bu məzarda uyuyan şəhid,
Qardaşın qardaşa əmanətidir.
Odlar diyarının istiqlalına
Qoca Türkiyənin zəmanətidir!