XƏBƏRLƏR

Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa ili” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalənin yayınına başlayıb. Məqalənin müəllifi – tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir. Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır. mənbə: https://musulmansenfrance.fr/la-rencontre-dalexandre-dumas-et-de-la-poetesse-azerie-natavan/   https://aztc.gov.az/az/posts/id:1345. Məqalənin tamamı burada:

26 fevral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Ərdoğan adı ötən il 27 sentyabrda başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin ilk günündən hər bir azərbaycanlı üçün daha dogma, əziz olub, hər kəsin qəlbində Ərdoğan sevgisi boy atıb.

Dünyanı yenidən bölüşdürmək üçün başlanmış Birinci dünya müharibəsi (28 iyul 1914–11 noyabr 1918)  əvvəlcə "Antanta" - Böyük Britanya, Fransa və Rusiya imperiyası ilə  "Üçlər ittifaqı" -  Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçir) arasında başlanmışdı. 38 dövlətin qarışdığı, 70 milyondan artıq hərbçinin (onların 60 milyonu avropalı idi) qoşulduğu, 10 milyon əsgərin yaşamını itirdiyi bu savaşa Osmanlı dövləti 1914-cü ildə "Üçlər ittifaqı" tərəfindən qoşuldu.

 XANLIQLARIN SONU, YOXSA ÖZ  SONUNU YAXINLAŞDIRAN  XANLIQLAR...

Osmanlı imperiyası və İran şahlığı , Azərbaycan xanlıqları və Gürcüstan ilə həmsərhəd idi və küllü miqdarda sərvti olan iki dəniz arasındakı  bu ərazilərdə hər birinin öz geosiyasi maraqları vardı. İngiltərə və Fransa çox uzaqda olsalar da Rusiya imperatorluğunun bu ərazi ilə bağlı geniş dağıdıcı planlarından xəbərdar idi. Avrasiya qitəsinin yarıdan çoxu rus imperatorluğunun əsgərlərinin tapdağı altında idi, avropalıların «jandarm imperiyası» adlandırdıqları bir imperiyanın sərhədlərini genişləndirməsinə Qafqazın, Gürcüstanın və İranın yeraltı, yerüstü sərvətlərini  ələ keçirməsin və daha da varlanmasını istəmirdilər. Rus generalları ordularını Qafqaza, Qara dəniz və Xəzər dənizi istiqamətinə yeritdikləri zaman Britaniya və Kral Fransanı öz aralarında danışıqlar apararaq Britaniya hərbi kəşfiyyatının polkovniki D.Malkolm başda olmaqla  nümayəndə heyətini gizli danışıqlar aparmaq üçün Tehrana göndərdilər.