Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illiyinə
Əli Vəliyev 27 fevral 1901-ci ildə Azərbaycanın qədim tarixi torpağı olan Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, bu kənddəki 3 sinifli rus məktəbini, Şuşa firqə məktəbini, ardınca Bakı mərkəzi firqə məktəbini bitirib. Zəngəzur bölgəsində işləyib, həm də təhsilini davam etdirərək Azərbaycan Dövlət Darülfünunu (APİ) bitirib. "Şərq qapısı" qəzetinin redaktoru, bir sıra rayonların partiya və icraiyyə komitələrində, Yazıçıları İttifaqında, İncəsənət İşçiləri İttifaqında çalışıb. Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi-"Azərbaycan" jurnalının baş redaktoru olub. Əli Vəliyev 2 fevral 1983-cü ildə vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.