“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi üzrə silsilə tədbirlər keçirib
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi “Şərqi Zəngəzur - Quruculuq və Böyük Qayıdışın ünvanı” layihəsi üzrə silsilə tədbirlər keçirib
Azərbaycan Prezidentinin Sərəncamı ilə 32 il sonra Milli Qəhrəman adı alan Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.
Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.
Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşüb.
Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:
1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.
Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər.
Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.
https://axar.az/news/layiheler/874149.html
R.T.Ərdoğan: “Biz Paşinyana bu məsələ ilə bağlı artıq hər şeyi demişik. İndi biz sülh üçün bütün yelkənləri açmalıyıq. Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə daimi sülh əldə olunacaq. Türkiyə olaraq bu barışı ürəkdən dəstəkləyirik. Zəngəzur dəhlizinin açılması bu sülh sazişini taclandıracaq və tamamlayacaq addımdır. Bu addımlar Azərbaycanın, Ermənistanın, Türkiyənin və regionun digər ölkələrinin rifahına və sülhünə müsbət töhfə verəcək”.
zengezur.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan deyib.
Laçının Zabux kəndində 32 ildən sonra ilk uşaq bağçası istifadəyə verilib.
zengezur.com AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində çıxış edən Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev uşaqları, onların valideynlərini, bağça kollektivini uşaq bağçasının istifadəyə verilməsi münasibətilə təbrik edib. Bildirib ki, gələcək burada çalışacaq kollektivin əlindədir. Əminliklə vurğulanıb ki, uşaq bağçasında çalışanlar hər bir körpənin tərbiyəsində, məktəbə uğurlu başlanğıc etməsində və məktəbdən sonrakı təhsil yolunda mükəmməl iz buraxacaq.
Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva çıxışında qeyd edib ki, bu müəssisəyə cəlb olunan uşaqlar Böyük Qayıdışın ilk göyərçinləridir: “Məktəbəqədər təhsilin inkişafı növbəti mərhələdə təhsilin özəyi deməkdir. Ordumuz öz işini görüb, bərpa-tikinti sahəsində də böyük işlər görülüb, indi isə əsil iş təhsil ordusunundur. O təhsil ordusu ki, burada Azərbaycanın gələcəyini, ölkəmizin bu gözəl, dilbər guşələrinə sahib olacaq sakinlər yetişdirəcək”.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov isə deyib ki, kənd uşaq bağçası 50 yerlikdir. “Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sus kənd tam orta məktəbi, Kəlbəcər şəhər 1 nömrəli məktəb, həm də Cəbrayıl rayon tam orta məktəblərinin fəaliyyəti sentyabr ayından bərpa olunacaq. Ümumilikdə il sonuna qədər 12 təhsil müəssisəsinin fəaliyyəti təmin ediləcək”, - deyə o əlavə edib.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olublar.
“Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” - beynəlxalq elmi konfrans
Bakı Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə oktyabrın 24-25-də professor Qüdrət İsmayılzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
zengezur.com AZƏRTAC-a istinadlaa bildirir ki, konfransın məqsədi Qarabağ və Zəngəzur bölgəsinin tarixin müxtəlif inkişaf mərhələlərində obyektiv mənzərəsini bərpa etməyə imkan verən arxeoloji tədqiqatlar və qeyri-maddi mədəni irsinin tədqiqi üzrə əldə olunmuş nəticələr ətrafında tanınmış mütəxəssislər, gənc tədqiqatçılar və tələbələrin iştirakı ilə beynəlxalq müstəvidə müzakirələrin aparılması, elmi əməkdaşlığın genişləndirilməsidir.
Konfransda Qarabağ və Zəngəzurun Daş və Paleometal dövrlərinin arxeoloji irsi, həmin ərazidə skif mədəniyyətinin izləri, alban mədəni irsi, İslam mədəni irsi, Qarabağ və Zəngəzurun qeyri-maddi mədəni irsi, Azərbaycanın arxeoloji irsinin tədqiqi, tədrisi və təbliğində professor Qüdrət İsmayılzadənin töhfələri, mədəni irsin nəzəri məsələləri istiqamətlərində məruzələr dinləniləcək.
Hibrid formatda təşkil ediləcək konfrans Azərbaycan, türk, rus və ingilis dillərində keçiriləcək.
İştirakla bağlı məlumat və tezislər oktyabrın 1-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərilməlidir.
Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orijinal tezislər göndərilməlidir. Proqram Komitəsi yalnız konfransın istiqamətləri üzrə qoyulan tələblərə və tərtib olunma qaydalarına uyğun olaraq yığılmış tezisləri nəzərdən keçirəcək.
Beynəlxalq konfrans haqqında ətraflı məlumat, eləcə də tezislərin tərtib olunma qaydaları BDU-nun saytında yerləşdirilib.
Yalnız qəbul olunmuş tezislər dərc ediləcək.
Proqram Komitəsi tərəfindən seçilmiş və müvafiq qaydada ciddi rəydən keçmiş məqalələr “Qarabağ və Zəngəzurun mədəni irsi arxeoloji və etnoqrafik tədqiqatlarda” konfrans materialları toplusuna daxil ediləcək.
Ermənistan, Fransa və digər ermənipərəst dövlətlərin himayəsi ilə Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı “etnik təmizləmədə” ittiham edən qətnamə qəbul edib. 1988-ci ildən başlayaraq Qərbi Azərbaycanda, keçmiş bədnam "dqmv" və ətraf rayonlarda soyqırımı, etnik təmizləmə, deportasiya siyasətini həyata keçirmiş, 30 ilədək Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazisinin 20 faizini işğal altında saxlamış ermənistana qarşı nəinki qətnamə, heç bir irad da bildirməyən bir qurumun birdən birə belə bir qətnamə qəbul etməsi bu təşkilatın bəzi dövlətlərin sifarişinin icraçısı olduğunu, qərəzkarlığını, beynəlxalq hüququ, haqq-ədaləti heçdən saydığını göstərir.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Assambleyanın gerçəklikdən uzaq bu qətnaməsini qətiyyətlə pisləyir, iki qonşu dövlət arasında sülh müqaviləsinin imzalanmasına doğru real addımlar atıldığı bir dövrdə bu prosesə də zərbə vurduğunu bildirir.