Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur.
Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Azərbaycanın Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur.
Bənzərsiz istedad, əsl kişi qeyrətli, milli düşüncəli, vətənsevər şair idi Eldar Baxış, dünyaya gəldiyi gün 22 iyun, əbədiyyətə qovuşduğu gün 22 may, cismani ömrü 49 il, şeirlərində isə əbədi yaşayacaq...
9-15 iyun 2024-cü ildə Finlandiyanın Salo şəhərində pauerliftinq (AWPC dopinq kontrol versiyası) üzrə Avropa çempionatı keçirilib. Yarışda Azərbaycan 8 idmançı ilə təmsil olunub və komanda hesabında 3-cü yeri tutub. İdmançımız Zaur Cəfərov (110 kq) bu dəfə də qızıl medal qazanaraq fəxri kürsünün ən uca pilləsində dayanıb.
Qeyd edək ki, Zaur Rzayev Azərbaycan pauerliftinq tarixində bu idman yarışı üzrə ən yüksək nəticəyə görə verilən “Elitar Üzük” alıb. Zaur bundan əvvəl də müxtəlif mötəbər çempionatlarda mütləq dünya çempionu adını qazanıb, 6 dəfə dünya və 6 dəfə Avropa rekordunu yeniləyib, Rusiya, Qazaxıstan, Tacikistan, Belarus, Hindistan, Serbiya və digər ölkələrdə Azərbaycanın Dövlət Bayrağınının dalğalanmasına, Himnimizin səslənməsinə nail olub. 2023-cü il iyunun 21-25-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Pauerliftinq üzrə Açıq Avropa birinciliyində A/WPC versiyası üzrə “benç press” hərəkətində 300 kiloqram nəticə ilə ən yüksək dərəcə tələbini yerinə yetirib. Göstərdiyi yüksək nəticələrə görə ilk dəfə bu mükafatı ona Avropa və Asiya Pauerliftinq Federasıyasının prezidenti (WPC-AWPC,WPO-WPSO) üzrə Ümumdünya İdman Təşkilatının rəhbəri Yuri Ustinov Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən Qran-pri turnirində təqdim edib.
Əslən Qubadlı rayonunun Əliquluuşağı kəndindən olan əməkdar və beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Stronqmen Federasiyasının üzvü Zaur Cəfərovun atası tanınmış yazıçı və ədəbiyyatşünas, BDU-nun müəllimi, "Akademkitab"ın direktoru professor Əlağa Cəfərovdur.
Zaur Finlandiyada qazandığı bu parlaq qələbəni həm də gəncliyində peşəkar idmançı olmuş atasının 70 illik yubileyinə həsr edib.
zengezur.com
Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşan "Zəngəzur sənətkarlığı" adlı layihənin ilkin mərhələsi üzrə planlaşdırılan işlər uğurla davam etdirilir.
Azərbaycanın başı Qurban bayramını qeyd etməyə qarışan gün Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzuru (Sünik) bölgəsinə səfər edib, Şurnux kəndində olub, yeni tikilən 13 evin püşkatma mərasimində iştirak edib, mənzilini itirmiş 12 ailəyə ev və heyvandarlıq ferması verib.
Bu layihənin dəyəri 1,21 milyard dramdır. Baş nazir Paşinyan fərdi evlərə baxıb, yaradılan şəraitlə tanış olub və sakinləri evlərinə köçmələri münasibətilə təbrik edib, deyib: - “İnanmaq istəyirəm ki, bu kvartal Şurnux, Gorus, Sünik və Ermənistan Respublikasının yeni həyatının simvoludur, burada yaşamaq və işləmək üçün hər cür şərait var. Hamınıza möhkəm cansağlığı, işləmək üçün güc və eyni zamanda öz nəticələrinizi görməyi, zənginləşmənizi və ölkəmizi zənginləşdirməyi arzulayıram”. Nikol Paşinyan Sünik rayonunun müxtəlif yaşayış məntəqələrinə səfərlər və sakinlərlə görüşlərə toxunub, onların böyük enerji verdiyini vurğulayıb.
Nikol Paşinyan bildirib ki, o, bütün bölgələrdə sülh və delimitasiya gündəmlərinə dəstək hiss edir. Baş nazir vurğulayıb ki, biz çətin prosesdən keçirik, lakin bu gün ölkəmiz sabitdir, müstəqildir, suverendir və öz suverenlik və müstəqillik səviyyəsini hər gün artırır və bu, ilk növbədə, anlayış və ictimaiyyətin dəstəyi sayəsində baş verir.
Qeyd etməliyik: Şurnuxunun yarısı Qubadlı rayonunda, yarısı Sünik mərzində olan kənddir.
4 yanvar 2021-ci ildə Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı və həmin hissə 30 illik işğaldan sonra Qubadlı rayonunun tərkibinə qatıldı.
Şurnuxu "kiçik şəlalə" mənasında işlənən şırnax, şırnıx sözünün dəyişdirilmiş formasıdır. Kənd dərəsindən təpəsinə, dağına qədər türk-azərbaycan torpağıdır; Kəpəz dağı, Qəhrəman çiməni, Armudluq, Almalıq, Acıqlı güney, Eşşək meydanı, Donuz damı, Qaramalıq, Üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq, Həşim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, Layış bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meşə və s.
Şurnuxu çayının sol sahilində, meşənin içərisində, Qafan-Gorus magistral yolunun sağ tərəfində yerləşən bu səfalı kəndi Gorus rayonunun ən böyük azərbaycanlı kəndi idi. 1831-ci ildə 84 nəfər, 1904-cü ildə 117 nəfər, 1914-cü ildə 104 nəfər, 1926-cı ildə 101 nəfər, 1931-ci ildə 123 nəfər yaşayıb. 1947-ci il 23 dekabrda SSRİ Nazirlər Sovetinin bədnam 4083 saylı qərarı ilə Ermənistanda yaşayan azərbaycanlılar, o cümlədən Şurnux sakinləri qonşu Ağbulaq, Şamsız, Şahverdilər və Çayzəmi kəndləri ilə birlikdə köçürüldü, Kür-Araz vadisinə yerləşdirildi. 1953-cü il Stalinin ölümündən sonra Şurnuxu camaatı yenidən kəndlərinə qayıtdılar. Kənddə müasir tipli məktəb binası, klub, kitabxana, tibb məntəqəsi, idarə binası, mağaza, çoxlu ikimərtəbəli, hər cür şəraiti olan xüsusi evlər tikildi. 1931-ci ildə qurulan kolxozu qonşu Ağbulaq və Şamsız kəndləri ilə birlikdə bərpa etdilər. 1988-ci ilin noyabrında “miatsum”un ilk dalğası Şurnuxu camaatını yenidən yer-yurdundan qopardı. 100 ev, 800-ə yaxın əhali kəndi tərk etmək məcburiyyətində qaldı. Kənd camaatının böyük əksəriyyəti ev əşyalarını çıxarda bilmədilər. Evlərin çoxuna ermənilər doluşdu. Qarabağ uğrunda gedən döyüşlərdə Şurnuxudan 5 nəfər şəhid olmuşdu (Niftəliyev Azər Bayram oğlu — baş leytenant, ölümündən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdu; Ağayev Mehman Müseyib oğlu, Şükürov Seymur Şəmil oğlu, Adıgözəlov Elşən Telman oğlu, Muradov Elbariz Cənnət oğlu). Bu kənddəki məktəbdə yetişən məzunlar, dərs deyən müəllimlər savadları, dünyagörüşləri ilə seçilirdi.
Görkəmli alim, Azərbaycanda oftolmologiya elminin banilərindən biri, akademik Umnisə Musabəyova Şurnuxuda anadan olmuşdur.
Ən kədərli olan isə budur: 2020-ci ilin 44 günlük savaşının 25 oktyabr günü Qubadlı azad edildi, ancaq strateji əhəmiyyətli Kəpəz dağı (bu dağdan Şuşa, Savalana qədər bütün ərazi açıq görünür), Şurnuxu, Şamsız, Qurdbulaq, Qızıldaş, Ağbulaq, Şahverdilər yenə ermənidə qaldı Paşinyan son çıxışlarından birində bəyan etdi ki, demarkasiya prosesi Zəngəzura da toxuna bilər. Azərbaycanın siyasi, hərbi rəhbərliyi haqqında bəhs etdiyim, tarixi Azərbaycan torpaqları, Sultanovların dədə-baba mülkləri olmuş Kəpəz dağı, eləcə də ona bitişik Qızıldaş, Şurnuxu, Çayzəmi, Şamsız, Qurdbulaq, Ağbulaq, Şahverdilər kəndlərinin Azərbaycana qaytarılması, yaxud ərazi mübadiləsi edilməsinə gərəyincə ciddi yanaşmalıdır. Təkrar edirik ki, bu kiçik bölgə Zəngilan, Qubadlının böyük bir ərazisinə nəzarət, tarixi Zəngəzurun qərbi ilə şərqini birləşdirən çox mühüm əhəmiyyətli məkan qazanmaq deməkdir.
44 günlük savaşdan 44 ay keçir, bu müddətdə hələ Qubadlıya bir ailə də köçürülməyib, yəqin hələ "lazım" gəlməyib, hələ yol çəkirik, cəmi bir kəndimizdə ötən günlərdə kənd salmaq üçün tamamilə yararsız ərazidə tikintiyə başlanmışdı, onu da ilk yaz seli lilli sulara qərq etdi...
Hacı NƏRİMANOĞLU, zengezur.com üçün, 17.06.24