Hörmətli Dostəli Nəriman oğlu Abdullayev!
Sizi 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Siz istedadlı yazıçı, jurnalist kimi ictimaiyyət arasında böyük hörmət və nüfuz qazanmısınız, Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” diplomu ilə təltif olunmusunuz.
Bakı, 24 yanvar, AZƏRTAC/ Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun Strasburqdakı binasında bəyanatla çıxış edib. AZƏRTAC bəyanatı təqdim edir.
105 il bundan əvvəl 15 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə Daxili İşlər Nazirliyinin müraciəti əsasında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarının ərazilərini əhatə edən Qarabağ general-qubernatorluğu yaradıldı, Gəncə general-qubernatoru Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə təyin olundu.
XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
zengezur.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
"1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra (29 mayda – red.), əfsuslar olsun ki, İrəvan şəhəri ermənilərə verildi. Halbuki bunun heç bir əsası yox idi. İrəvan qədim Azərbaycan şəhəridir, Azərbaycan xalqı əsirlər boyu orada yaşayıb və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin çoxəsirlik mövcudluğunu təsdiqləyir. Və İrəvan o şəhərlərdəndir ki, sanki orda “köhnə şəhər” yoxdur. Sadəcə ona görə ki, ora Azərbaycan şəhəri olub və o da sökülüb-dağılıb.
O qərara gəldikdə isə - yəqin hamı mənimlə razılaşar – o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət.
Birincisi, o vaxt İrəvanda yaşayan azərbaycanlılardan soruşulmadı; ikincisi, nə qaçaqaç idi, hara tələsirdilər? Yəni 28 mayda respublika elan olunur, 29 mayda İrəvan ermənilərə verilir. Onun izahatı heç bir məntiqə sığmır: guya bunu verməklə ermənilər Azərbaycana ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox. Daha da azğınlaşdılar.
İrəvandan Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunan nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni böyük tarixi cinayət idi. Və o bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra, noyabr ayında artıq Sovet hökuməti Qərbi Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, xəritələr var, 20-ci əsrin xəritələrində görünür, Azərbaycan xalq Cümhuriyyətinin xəritəsi var və orada Qərbi-Şərqi Zəngəzur yoxdur, bütün Zəngəzur Azərbaycan ərazisidir.
- 30 illik həsrətin sonu: 2024-cü ildə “Böyük Qayıdış” necə olacaq?
- Türkiyə Zəngəzur dəhlizinin 2029-cu ilə qədər yaradılacağına ümid edir
- Qərbi Azərbaycan İcması bəyanat yaydı
- Qarabağ və Şərqi Zəngəzura ayrılan vəsait açıqlandı
- “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi: Yeni ilimiz mübarək!
- Prezidentin xüsusi nümayəndəsi: “Zəngilanın memarlıq üslubuna uyğun yaşayış komplekslərinin layihələri hazırlanır”
- Prezident Qarabağ və Şərqi Zəngəzurda 8 rayonun inzibati ərazi bölgüsündəki qismən dəyişikliyi təsdiqləyib
- Təbrik edirik, cənab Prezident, müzəffər Ali Baş Komandan!
- Prezident Administrasiyasının QHT-lərlə iş sektoruna müdir təyin olunub
- Qərbi Azərbaycanın 734 kəndində indi ermənilər yaşayır