İyunun 23-də Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin Praqadakı ofisində bu qurumun sədri, professor Azər Kərimovun təşkilatçılığı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, yazıçı-publisist Hacı Nərimanoğlunun “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının təqdimatı olmuşdur.