Feldmarşal, tarixçi alim Bəhmən Mirzə Qacar - Fətəli şahın nəvəsi, Abbas Mirzənin dördüncü oğlu, Azərbaycan valisi və şahzadə, Məhəmməd şahın anabir qardaşıdır, 1811-ci il oktyabr ayının 11-də Tehranda anadan olmuşdur.
Feldmarşal, tarixçi alim Bəhmən Mirzə Qacar - Fətəli şahın nəvəsi, Abbas Mirzənin dördüncü oğlu, Azərbaycan valisi və şahzadə, Məhəmməd şahın anabir qardaşıdır, 1811-ci il oktyabr ayının 11-də Tehranda anadan olmuşdur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən 2022-ci ilin fevral, mart, aprel aylarında həyata keçirilmiş “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsinin icrası başa çatıb. Layihənin təsdiq edilmiş Fəaliyyət planı üzrə görülən işlərə dair KİV-də 60-dan çox informasiya, məqalə, o cümlədən AZƏRTAC, AzTV, Real TV və youtube.com-da xəbərlər yayılıb. Linklər əlavə edilir.
Bir sıra tanınmış dünya xəbər portalları – İrlandiyanın “Medium.com”, Rumıniyanın “News24hours.ro”, Səudiyyə Ərəbistanının “Alebaallc.com”, Türkiyənin “Dibace.net”, Əlcəzairin “Alharir.info”, El Salvadorun “Reflexiones Internacionales”, İraqın “Afkarhura.com”, “Ashurnews.com” və “Mustaqila.com”,Mərakeşin “News International”, Gürcüstanın “İverioni” saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa ili”nə töhfə olaraq müxtəlif dillərdə hazırladığı “Şuşa musiqi ocağının dahi yetirməsi” məqaləsinin yayınına başlayıb.
1747-ci ildə Nadir şah Əfşarın qurduğu nəhəng imperiyanın dağılmasından sonra vahid dövlətin parçalanması başlandı və bu, Azərbaycanda xanlıqların yaranmasına səbəb oldu. Qarabağ xanlığı öz ərazisinə, təbii şəraitinə görə daha üstün mövqeyə malik idi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin yardımçı otağında "QHT kitabxanası" yaradılıb. QHT tərəfindən kitabxanaya 200 nüsxə dövlətçiliyin, rəsmi siyasətin təbliği, elmi-kütləvi, ictimai məzmunlu, vətənpərvərlik ruhlu kitablar alınıb verilib.
"QHT Kitabxanası”nda ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılış və “Böyük Qayıdış Şərqi Zəngəzurdan başlanır” mövzuda dəyirmi masa təşkil olunub. Tədbirdə yerli icra strukturlarının, kənd bələdiyyəsinin üzvləri, müəllim və yuxarı sinif şagirdləri də iştirak edib.
İctimai Birliyin Cəbrayıl rayon filialının rəhbəri, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev 1 yaşının tamam olması münasibətilə QHT Agentliyini təbrik edib, xeyirxah layihənin – “QHT Kitabxanası”nın yaradılması üçün təşəkkürünü bildirib. Sonra mövzu ətrafında çıxışlar, canlı diskussiya olub.
Qeyd edilib ki, Şəhid və qazilərimizin canı, qanı bahasına işğaldan azad edilmiş yurd yerlərimizə şərəfli böyük qayıdışın reallaşması hər kəsin vətəndaşlıq borcudur.
Görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 17 avqust 1895-ci ildə Qərbi Azərbaycanın İrəvan mahalının Göykümbət kəndində əsilli-köklü nəsillərindən birinin ailəsində dünyaya göz açıb. Bu kənd Topçubaşovların ata-baba malikanəsi olub. Onların İrəvan şəhərində də mülkü olub.