XƏBƏRLƏR

Dünya şöhrətli norveçli səyyah, etnoqraf, antropoloq alim Tur Heyerdalın (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) 1981-ci ilin avqustunda Azərbaycana gəlməkdə məqsədi Qobustandakı qayaüstü qayıq təsvirlərinə baxmaq,   onların dövrü haqqındakı elmi məlumatları dəqiqləşdirmək idi.

Azərbaycanın milli at cinsi olan Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan  dağ-minik at cinsidir. Onlar yüksək sürəti ilə seçilir, hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödəkdir. Əsas əlaməti parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.

Üzeyir Hacıbəyli (1885-1948) islam dünyasında, müsəlman Şərqində bir çox “ilk”lərə imzasını qoyan dahi sənətkardır; bəstəkar, dirijor, opera yazarı, romans, xor, kamera, süita, üvertüra, vokal, notlu xalq çalğı alətləri orkestri, kantata, ariya, instrumental və digər  professional musiqi janrlarının banisi olub, biri-birindən gözəl, rəngarəng əsərləri 100 ildən çoxdur ki, dünyanı dolaşır.

2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu  erməni silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhərini azad edib 28 il sonra yenidən Azərbaycana qovuşdurdu.

1752-ci ildə Qarabağ xanı Pənahəli xan Şuşanın təməlini qoyarkən ucaldılan binaların ilk sırasında  məscidlər də olub. Hazırda Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidi kimi tanınan ilk ibadətxanalarının inşasına 1768-1769-cu illərdə başlanıb. Şuşanın qoşa minarəli bu məscidləri tək Qarabağın deyil, bütün müsəlman Şərqinin orijinal üslubda tikilən əzəmətli və nadir incilərindən sayılır. Bəs Gövhər ağa kim olub?