Rus dramaturqu, yazıçısı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedov (1795–1829) 1818-ci ildə rus missiyasının katibi kimi Qacarlar İranına göndərilib və burada iki il işləyib. Sonra Qafqaz qoşunlarının komandanı general A.Yermolovun rəhbərlik etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilib. 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında fəal iştirak edib. Bundan sonra İranda Rusiyanın rəsmi səfiri təyin edilən Qriboyedov elə həmin il Tehranda səfirlik binasında qətlə yetirilib və meyiti Tiflisə aparılıb.