
14 noyabr 2002-ci il. General-leytenant Kərim Kərimov 85 yaşını Moskvadakı mənzilində yaxın dostları, ailə üzvləri ilə birlikdə qeyd edir. Qapı döyülür, Rusiya Prezidenti Vladimir Putin daxil olur, hamını səmimiyyətlə salamlayır, xüsusilə də səbəbkarı. K.Kərimovdan izin alıb badə qaldırır, onun Sovet İttifaqı və Rusiya qarşısındakı misilsiz xidmətlərini sadalayır, tost nitqini bu sözlərlə bitirir: “Siz Kosmos Fatehlərinin Sərkərdəsisiniz!”
Müəllifdən: “Sofulular” kitabı İdrak Rəhimoğlunun imzası ilə 2017-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap olinmuşdur. Kitabın redaktoru, ön söz və “Qubadlı sofulularının tarixindən” fəsli və “Sofululara məxsus bəzi dialekt sözləri”nin müəllifi Xeybər Göyyallıdır. Kitab az tirajla nəşr edildiyindən bir çoxları onu əldə edə bilməmişlər.Sofulu tayfasına mənsub olanlar, o cümlədən həmkəndlilərimin bir çoxu kitabı məndən istəsələr də, ancaq məlum səbəblərdən kitabı onlara vermək imkanından çox uzaq olmuşam. Adıçəkilən kitabdan “Qubadlı sofulularının tarixindən” fəslinin oxucuların diqqətinə indi təqdim etməyim heç də təsadüfi deyildir...
Rusiyada 3 partiya - "Ədalətli Rusiya" (S.Mironov), "Həqiqət Naminə" (Z.Prilepin) və "Rusiyanın Vətənpərvərləri" (G.Semigin) birləşib 1 partiya yaradaraq (“Справедливая Россия — Патриоты — За правду») Donbas və Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini də siyasi manifestlərinə daxil ediblər: "Biz hesab edirik ki, Rusiyaya birləşmək istəyən bütün xalqlara bu imkan tanınmalıdır. Biz müharibə başlayanda Dağlıq Qarabağa da müraciət etmişdik. Problemin həllinin yeganə yolu Rusiyaya birləşməkdir." https://www.rbc.ru/politics/25/03/2021/605cc35c9a79475d87301510?fbclid=IwAR0NHcC1sX1wevIqL8D2O-aFb3ebCmVnaGX9kc0LzUDCtkHypxXgWzWubtI
ONLAR BİZİM FƏXRİMİZDİR
Vətənin müdafiəsi hər bir vətəndaşın ən ülvi, ən uca, ən müqəddəs borcudur. Bu müqəddəs borcun yerinə yetirilməsində Şəhid olanlar ən böyük hörmət və ehtirama layiqdir. Onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaqdır.
Biz yaxşı bilirik ki, Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin yüzlərlə əməkdaşı – zabitlər, polis nəfərləri torpaqlarımızı qoruyarkən şəhid olmuş, qəhrəmanlıq göstərmiş, bir çoxu da Azərbaycanın Milli Qəhrəmanı kimi tariximizə daxil olmuşlar. Biz bunların hamısını yüksək qiymətləndiririk. Torpaqlarımızı qorumaqda, Ermənistanın təcavüzünün qarşısını almaqda polis əməkdaşlarının göstərdiyi qəhrəmanlıqları xalqımız heç zaman unutmayacaqdır.
Ümummilli Lider Heydər Əliyev
12 mart Qaçaq Nəbinin 125 il əvvəl xəyanətlə qətlə yetirildiyi gün idi və “kulis.az” saytı həmin gün “Qaçaq Nəbini “namus üstə” öldürüblər: Sui-qəsdin yeni versiyası” başlıqda yazı yayıb https://kulis.az/news/36912. Yazıda Nəbinin ölümü ilə bağlı əsassız, qeyri-ciddi versiya ortaya atılıb: “Lakin Nəbinin ölümü ilə bağlı el arasında dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onu namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir.” Nəbi haqqında yazılan, o cümlədən toplanıb nəşr olunmuş onlarla kitabda heç yerdə rast gəlmədiyimiz guya “el dilində” yayılan bu qurama misralar da məqaləyə əlavə olunub: “Qadınlar yığılıb bir hiylə qurdu, Nəbinin dostları üzünə durdu.”
- Xalq qəhrəmanı Qaçaq Nəbi
- Anadolu və Qafqazda türklərə qarşı erməni terrorunun tarixi
- Nuru paşa
- Əli Vəliyev: ustad yazıçı, sadə insan
- Məktəb illərim, müəllimlərim
- Mərkəzi Bankın sədri Elman Rüstəmova məktub
- Alban məbədlərimizə sahib çıxaq, onlar tariximizin ayrılmaz hissəsidir
- Sibirxanın “generallığı"
- Asif Talıboglu mübariz şəhidimiz Oruc Şirinovdan yazıb
- Xankəndi necə Stepanakert oldu