Qax rayonundakı Əmbərçay kəndinin başı üzərindəki qədim Kürmük alban məbədində ildə 2 dəfə 23 noyabr və 6 mayda keçirilən Kürmükoba bayramında (gürcülərdə “Giorqoba“) iştirak etdim.
Qax rayonundakı Əmbərçay kəndinin başı üzərindəki qədim Kürmük alban məbədində ildə 2 dəfə 23 noyabr və 6 mayda keçirilən Kürmükoba bayramında (gürcülərdə “Giorqoba“) iştirak etdim.
Olmuş əhvalat, 4 şəkilli tragikomediya
I şəkil
Əhvalat Mingəçevir şəhər məscidində vaqe olur. 1998-ci il, 30 yanvar, saat 10.30 radələridir. Ramazan bayramının ilk günüdür, məscidin qabağına xeyli adam yığışıb. Şəhərin başçısı, müavinləri, prokuror, polis və MTN rəisləri, YAP, bələdiyyə sədri, digər aktivlər yaxınlaşır. Onların arasında general libasında ortaboylu, sarımtıl sifətli biri diqqəti xüsusi çəkir, qayışının üstündə tapança bağlamış, təkəbbürlü, arxasınca da 2 nəfər rus “OMON”çusu geyimində, qabaqda da 2 nəfər milli cangüdənin - azərbaycanlı olduqları bilinir. Şəhər camaatı, rəhbərləri generalı qabağa verib “buyur, buyur”la məscidin qırmızı xalı döşənmiş pilləkənlərində irəli buraxırlar, özləri də ardınca girirlər məscidə.
Şuşa şəhərinin əsasını 1752-ci ildə Qarabağ xanı Pənahəli xan Cavanşir (1693-1763) qoyub. Oğlu İbrahimxəlil xan (1732-1806) Şuşa dağının ətəyində yerləşən mənzərəli "Xanbağı"nda ailəsi ilə soyuq payız-qış aylarını keçirmək məqsədilə iqamətgah tikdirib, həmin ərazi də İbrahimxəlil xanın adı ilə el-oba arasında artıq Xankəndi kimi işlənib. Oğlu Mehdiqulu xan ailəsinin və yaxın qohumlarının qış aylarını keçirdiyi Xankəndini sevimli xanımı Pəricahan bəyimə hədiyyə edir.
İşğaldan azad edilən torpaqları yenidən daimi Vətənə çevirmək üçün Qubadlı, Zəngilan, Laçın rayonlarının Ermənistan sərhədləri yaxınlığında çoxminlik əhalinin yaşaya biləcəyi yeni abad, müasir şəhər, qəsəbə, kəndlər tikməliyik, necə ki, bədnam, üzdəniraq məkrli qonşularımız 1920-ci illərə qədər Azərbaycan türklərinin əzəli yurd yerləri, Zəngəzur bəylərinin mülkü olmuş tarixi dədə-baba ellərimizdəki kiçik kəndlərin yerində Qafan, Qacaran, Gorus kimi 50-100 min əhalinin yaşadığı iri, səliqə-sahmanlı, yaraşıqlı şəhərlər, Zeyvə, Xinzirək kimi rahat yaşayış üçün hər cür şəraiti olan böyük kəndlər inşa edib məskunlaşdırma aparıblar, biz də o yolu getməliyik. Ermənilər heç vaxt düz-düzəngahda, əkin-biçinə yararlı, çay, sel-su basma ehtimalı olan yerlərdə yaşayış yeri tikməzdi, onlar fitnə-fəsad, məkrlə əldə etdikləri torpağın hər qarışının qədir-qiymətini, dəyərini bilirdilər.
Terroru dövlət siyasətinə çevirən Ermənistanın Azərbaycana qarşı apardıqları terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olmuşdur.
Aşağıda qeyd edilənlər belə faktların yalnız bir qismidir: