



Çox hörmətli Mehriban xanım!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf 4709. nömrə ilə qeydə alınmış XVIII əsr Yusifbəyli kənd məscidinin işğaldan azad olunandan sonra Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən yayılmış videogörüntüsündə (“Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər”, 25 fevral 2021-ci il https://mod.gov.az/az/news/qubadli-rayonunun-yusifbeyli-kendinden-videogoruntuler-video-35004.html. https://www.youtube.com/watch?v=QV2oGtL-2QE bayırdan və içəridən salamat qaldığı aydın görünür.
Şeyx Nizami Gəncəvinin bu heykəli "Bakı Şərab-1" ATSC-nin həyətindədir-Bakı, Nizami rayonu, Heydər Əliyev 156. “Min il sonra sorsan, bəs o hardadır? Hər beyti səslənər: “Burda, burdadır.” Hökmdarları ayağına gətirən dahiyə adını daşıdığı rayonunda ayrılmış məkan utandırıcıdır. Daş-divarı, torpağı spirt, şərab qoxuyan müəssisənin içərisindəki bu abidə istedadlı heykəlqayıranımız Ömər Eldarovun öz boyuna biçib tikdiyi Xətai, Dədə Qorqud, Koroglu...abidələri ilə müqayisədə insafən, daha yaxşı görsənir.Nə layiqli ölülərimizə, nə ləyaqətli dirilərimizə gərəyincə dəyər verməyi bacarmadıq bu vətəndə. Barı Nizami ilində heykəlinə bir babat bağ-bağatlı yer tapıb aparalar, bu məhbəsdən qurtulub azadlığa çıxaydı Dühamız. Hacı NƏRİMANOĞLU
Xocalı faciəsi bəşər tarixində törədilmiş ən ağır, ən dəhşətli soyqırımı aktlarından biridir. Dinc, günahsız mülki əhalinin bu qanlı qətliamı ermənilərin öz hərbi-siyasi havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi, erməni vandallığının bariz nümunəsidir. Çünki, söhbət həlak olmuş dinc sakinlərin sayı ilə yanaşı, törədilmiş qətliamın insanlığa sığmayan mənzərəsindən gedir. Xatın, Lidisa, Oradur soyqırımı kimi qanlı olayların heç birində körpə uşaqlara, yaşlı insanlara, qadınlara belə amansız vəhşilik törədilməyib.

14 noyabr 2002-ci il. General-leytenant Kərim Kərimov 85 yaşını Moskvadakı mənzilində yaxın dostları, ailə üzvləri ilə birlikdə qeyd edir. Qapı döyülür, Rusiya Prezidenti Vladimir Putin daxil olur, hamını səmimiyyətlə salamlayır, xüsusilə də səbəbkarı. K.Kərimovdan izin alıb badə qaldırır, onun Sovet İttifaqı və Rusiya qarşısındakı misilsiz xidmətlərini sadalayır, tost nitqini bu sözlərlə bitirir: “Siz Kosmos Fatehlərinin Sərkərdəsisiniz!”
- Xeybər Göyyallı: Qubadlı sofulularının tarixindən
- "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin etiraz bəyanatı
- Mingəçevirin Şəhid Polisləri
- Qaçaq Nəbi haqqında sərsəm uydurmaya cavab
- Xalq qəhrəmanı Qaçaq Nəbi
- Anadolu və Qafqazda türklərə qarşı erməni terrorunun tarixi
- Nuru paşa
- Əli Vəliyev: ustad yazıçı, sadə insan
- Məktəb illərim, müəllimlərim
- Mərkəzi Bankın sədri Elman Rüstəmova məktub