XƏBƏRLƏR

Azərbaycan Dövlət Tərcümə Mərkəzi XX əsrin əvvəllərindən başlayaraq xarici qüvvələrin hərbi-siyasi dəstəyi ilə hissə-hissə Ermənistana verilmiş qədim Azərbaycan torpağı Zəngəzurun tarixindən bəhs edən “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarx hazırlayıb.Beynəlxalq internet məkanında Azərbaycan, ingilis, rus, ispan, fransız, alman, türk, çex, gürcü, fars, ərəb və ukrain dillərində yayınlanan videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib. 

 

   Zəngəzurun şərqində də, qərbində də əsrlər boyu azərbaycan xalqı yaşayıb.

                                     İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

XX əsrin əvvəllərində təxminən 7.892 kv. km ərazini əhatə edən və sonralar Qafan, Qubadlı, Laçın, Meğri, Gorus, Sisyan və Zəngilan rayonlarına ayrılan Azərbaycanın Zəngəzur bölgəsi dağlıq ərazi hesab olunur.

3 avqust 2022-ci il tarixdə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Bəyanat yaymışdır. Bəyanatda deyilir: