Azərbaycan Dövlət Tərcümə Mərkəzi XX əsrin əvvəllərindən başlayaraq xarici qüvvələrin hərbi-siyasi dəstəyi ilə hissə-hissə Ermənistana verilmiş qədim Azərbaycan torpağı Zəngəzurun tarixindən bəhs edən “Zəngəzur – tarixi Azərbaycan torpağı” adlı sənədli videoçarx hazırlayıb.Beynəlxalq internet məkanında Azərbaycan, ingilis, rus, ispan, fransız, alman, türk, çex, gürcü, fars, ərəb və ukrain dillərində yayınlanan videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, eləcə də dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib. 

Ermənilər Laçın şəhəri və Zabux kəndini boşaldırlar. Sosial şəbəkələrdə, xüsusən də tviterdə bir sıra erməni ekspertlər və lobbistlər həyasızlıqla Laçın şəhərini tərk etmələrini guya öz “tarixi yurdlarından” çıxma kimi təqdim etməyə çalışırlar. Xalq qəhrəmanı Sultan bəyin Andranik Uzunyanın başçılıq etdiyi daşnak ordusunu məhv etdiyi ərazinin 29 il yad əllərdə qalması utancverici hadisə idi, indi isə tarixi ədalət bərpa olunur.