Moskvanın son zamanlarda Bakını Naxçıvanla Ermənistan üzərindən birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib.
Moskvanın son zamanlarda Bakını Naxçıvanla Ermənistan üzərindən birləşdirən dəhlizə dəstək verməsindən sonra İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu Rusiyanın Tehrandakı səfiri Aleksey Dedovla bir araya gəlib.
“Ötən dövr ərzində qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin inkişafında fəal rol oynamış, ölkənin milli maraqlarının qorunmasında, müxtəlif sahələr üzrə dövlət proqramlarının icrasında, həmçinin cəmiyyət həyatının bir sıra sahələrində yaranan problemlərin həllində yaxından iştirak etmişlər”.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanından
Bu günədək Laçın rayonuna 3069 nəfər (828 ailə) yerli sakin köçürülüb.
zengezur.com xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") məlumat yayıb.
Bildirilib ki, ötən iki il ərzində şəhərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb. Rabitə-kommunikasiya xətləri yenilənib, müasir infrastruktur qurulub. İndiyədək 2031 nəfər yerli sakin doğma şəhərə qayıdıb.
Həmçinin qeyd edilib ki, Laçın rayonunun yenidən tikilmiş Zabux və Sus kəndlərində keçmiş məcburi köçkünlərin daimi məskunlaşması təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyindən isə məlumat verilib ki, indiyədək Laçında 950-dən çox sakinin məşğulluğu təmin edilib:
"Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində dogma yurd yerlərinə - Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir. Agentlik tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub. O, cümlədən 32 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğuna dəstək işləri aparılır. Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Laçın şəhəri 2022-ci il avqustun 26-da işğaldan azad edilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına əsasən, 26 Avqust – Laçın şəhəri günü kimi qeyd olunur.
"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyəti irsinin fədakar tədqiqatçısı, BDU-nun müəllimi, “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri, professor Nəsiman Yaqublunun 62 yaşında faciəli vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, tələbələrinə, oxucularına, Birliyimizin üzvlərinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Rusiya Prezidenti Vladimir Putinin Bakıda verdiyi sülh və sərhəd məsələlərinin həllində Moskvanın mümkün iştirakı ilə bağlı açıqlaması prosesə təsir etməyəcək.
Tanınmış şair, istedadlı yazıçı, peşəkar jurnalist və bacarıqlı media təşkilatçısı Rəşad Məcidin 60 yaşı olur. O, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü kimi fəal ictimai, mədəni iş aparır. Ölkəmizdə və xaricdə 20-dən çox kitabı nəşr olunub.
Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rəşad Məcid xarakterində, yaradıcılığında və insanlarla ünsiyyətində səmimiyyəti ilə seçilir. O, bu cəhətləri ilə də cəmiyyətdə özünə sevgi, hörmət qazanan üzdə olan azsaylı tanınmışlardan biridir.
Rəşad Məcidi 60 illik yubileyi münasibətilə təbrik edir, ona bundan sonra da sağlam, uzun, xeyirli ömür diləyirik.
“Zəngəzur” İctimai Birliyinin İdarə Heyəti, zengezur.com saytı