Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini açıqlayıb.
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələrini açıqlayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Vahid Rasim oğlu Hacıyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin.
2. “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3699 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 12, maddə 1527 (Cild I) ləğv edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2024-cü il
Qaçaq Nəbi (1851-1896) Qafqazda çar Rusiyası əleyhinə 20 ildən çox davam edən qaçaq – partizan hərəkatının başçısı olaraq şəxsi igidliyi, şücaət və cəsarəti, xalqın sevgisi ilə 150 ildir Azərbaycan, İran, Türkiyə coğrafiyasında ən populyar qəhrəmana çevrilib.
1990-cı illərdə Azərbaycanda çox məşhur bir isim də vardı: Yelmar Məmmədov. Onu tez-tez soydaşlarının yanında görərdiniz, yardımları haqda vaxtaşırı məlumatlar yayılardı.
Famil Mirkişi oğlu Paşayev - Famil Mirkişili...Qubadlıda onu tanımayan az adam olar. Uzun illər müəllim, məktəb direktoru, sovet sədri, icra nümayəndəsi, YAP-ın rayon təşkilatının ilk qurucu və rəhbərlərindən biri, savadlı, xeyirxah, gülərüz, mehriban insan, layiqli övladlar böyüdən ata...cəmi 61 il yaşadı. "Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin üzvü idi. Fəxri xiyaban, Qurd qapısı, Elmlər Akademiyasının həndəvərində tez-tez görüşər, Qubadlı həsrəti ilə dərdləşərdik. Yaxşılar unudulmur. Qızı Aynur xanımın atasının xatirəsinə həsr etdiyi yazını təqdim edirəm. Həyatdan vaxtsız, dünyaya göz açıb böyüdüyü doğma yurd yerlərindən nigaran gedən Ata haqqında istəkli qızından gözəl kim yaza bilər ki?! Ruhun şad olsun, əziz, unudulmaz Famin müəllim! Hacı Nərimanoğlu
Martın 3-də Bakıda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın vəfatının 75-ci ildönümü münasibətilə tədbir keçirilib.