Üzeyir Hacıbəyli (1885-1948) islam dünyasında, müsəlman Şərqində bir çox “ilk”lərə imzasını qoyan dahi sənətkardır; bəstəkar, dirijor, opera yazarı, romans, xor, kamera, süita, üvertüra, vokal, notlu xalq çalğı alətləri orkestri, kantata, ariya, instrumental və digər professional musiqi janrlarının banisi olub, biri-birindən gözəl, rəngarəng əsərləri 100 ildən çoxdur ki, dünyanı dolaşır.