Qubadlı rayon mərkəzindəki bu binanın bəri başdan 1-ci giriş, 3-cü mərtəbədəki mənzil mənim, o birilər Mehman, Allahverdi, Fehruz, Qabilindir, inşəallah, tezliklə hamımız qayıdacağıq. Balkonlardan asılan yorğan-döşəklərdən göründüyü kimi, xeyli erməni ailəsi də yaşayıb, təbii ki, artıq indi qaçıb gedirlər. Xarabalığa çevrilən yerdə Ticarət mərkəzi, arxasında uşaq bağçası var idi və orada 2-ci tabor yerləşirdi. Dağılanları yenidən tikərik.Erməni, gedəndə bu binanı dağıtmadınsa, içi təpili qoyub gəldiyim mənzilimdə nə varsa, haramxoşun olsun, onsuz da murdarlanıb, heç nəyə əlimi vuran deyiləm, götür apar, 28 ildi qarovulun çəkmisən yolumuzu gözləyərək, səksənə-səksənə. Ancaq...əgər qalıbsa, istəyərdim kitablarım qalsın. Mənzildə sovetin vaxtında aldığım o finski stenka mebelin bütün gözlərinə kitablarımı yığmışdım, xanımın cer-cehizi açılmamış bağlamalarda alt gözdə qaldı. İstitutu yalnız “əla” qiymətlə oxuyurdum, həm də təqaüdə görə, hər ay təzələrinə çox gücüm çatmasa da, “Bukinist”dən azı 5-10 kitab almağın xatirinə. Rayonda ən böyük şəxsi kitabxanalardan biri Saray kəndindəki evimizdə idi, bir otağımız ancaq kitabxana idi. Qardaşım Dostəli də, mən də bütün çoxcildliklərə abunəydik, dil-ədəbiyyat müəllimi idik, çörəyimiz qələmdən çıxırdı.
4 Şəhidimiz haqqında təqdim etdiyim bu yazı 1993-94-cü ildə 100-dən çox Şəhidimizin ömür, döyüş yolu barədə yazdığım 4 kitabdan parçalardır. İndi həmin kitabları Şəhid ailələrinin çoxsaylı müraciətlərini, arzu, istəklərini nəzərə alıb kirildən indiki əlifbamızla təkrar nəşrə hazırlamaqla məşğulam. 44 gün davam edən qalibiyyətli Vətən müharibəsinin Şəhid və Qaziləri haqqında hər gün televiziyalarımızda verilişlər gedir, sosial şəbəklərdə şahidlər danışır, çoxlu döyüşlər, əməliyyatlar barədə, əsgər və zabitlərimizin qəhrəmanlığı, cəsarəti, şücaətləri ilə dolu olduqca maraqlı söhbətlər edirlər. Bunlar hamısı yazıya alınmalı, məqalələr yazılıb kitablarda nəşr olunub bu günkü, gələcək nəsillərə çatdırılmalıdır. Şuşanın alınması ən gözəl film üçün hazır mövzudur, məsələn, “300 Spartalı” kimi. Görəsən bunlarla məşğul olan varmı? KİV-də, sosial şəbəkələrdə məlumat getmir bu haqda. Ancaq bunlar isti-isti edilməlidir, sonra gec olur. Yazılan xatirələr, kitablar - Söz qalır, tarixə çevrilir.
“Bunu həm də ona görə xatırladıram ki, gəlin özümüz-özümüzü çox da suçlamayaq - qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər, filan. Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük qayıdışa hazır olmalıyıq! Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənovun 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan və hərəkətlərində bu amili indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar...”
1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımın ən müdhiş, qanlı səhifələri Zəngəzur qətliamları idi və bu faciələrin doğru-düzgün bədii salnaməsini yaratmaq missiyasını da tale həmin dəhşətləri şəxsən yaşamış Zəngəzurlu ədib Əyyub Abasovun taleyinə yazıb. Ə. Abasovun xalqımız qarşısında ən böyük xidməti vicdan və cəsarətin, böyük ədəbi istedadın layiqli bəhrəsi olan 980 səhifəlik (I, II kitab) "Zəngəzur" tarixi romanıdır (Əyyub Abasov, Zəngəzur, 1-ci kitab, “Nağıl evi”, Bakı 2013, 532 səh. 2-ci kitab 448 səh). Ə.Abasov haqqında yazı saytın “Məqalələr” bölümündə yerləşdirilib. http://zengezur.com/index.php/mzhallr/174-bu-il-yyub-abasovun-110-illiyidir
1
40 gündür ki, Şuşa Azərbaycana, Azərbaycan Şuşaya qovuşub. Ancaq Şuşada yalnız əsgərlərimizdir, 28 ildir Şuşa deyib haray çəkən həsrətli şuşalılar hələ ki Qalaya qayıtmayıb, yəni qayıdışları təmin edilməyib. Təbii ki Şuşada işıq, su, qaz, istilik, yol problemi var, qışdır, Bakıdakı rahatlıq orada yoxdur. Ancaq bura Şuşadır axı və gözü sakinlərinin yoluna dikilib, yol gözləyir, sakinlərin nəfəsinə qızınmaq istəyir axı. Buradakı müzəffər ordumuzun əsgərlərinin gözləri də yol çəkir ki, harda qaldı Şuşalılar, bu Qalada qan töküb, qanımızı bu torpağa axıtmışıq ki, əhalisi teliklə geri dönüb öz ev-eşiklərində yaşasınlar. Yəqin bu fikri heç kəs yaxın buraxmaz - Ramana Şuşadan əzizmi ola bilər?! İnternet əsridir, baxırıq, görürük erməni saytlarında Şuşadan çıxmış erməni ailələri Şuşaya dönüşü hər gün səbirsizliklə, ümidlə, inamla gözlədiklərini elə ürəkdən ifadə edirlər ki...Gəlin qəbul edək ki bizim Şuşanı tərk etdiyimiz 28 ildə burada yüzlərlə erməni doğulub, göz açıb buranı görüb, Şuşanı Vətən bilib, üstəgəl erməni təbliğatı o qədər güclü işləyib ki, hər kəsin beynində Şuşa-Qarabağ tarixi erməni yurdu kimi beyinlərə pərçim olunub.