Sevimli şairimiz Qasım Qasımzadə ilə əmim professor Mədəd Allahverdiyev haqqında mənim bir neçə xatirələrim var.
Sevimli şairimiz Qasım Qasımzadə ilə əmim professor Mədəd Allahverdiyev haqqında mənim bir neçə xatirələrim var.
Xarıbülbül Azərbaycanın Şuşa şəhərində bitən bitkinin adıdır. Görünüşcə bülbülə bənzədiyinə görə belə adlanıb. Latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Xarıbülbül həm də Qarabağ və Şuşanın rəmzi, 2020-ci ilin 44 günlük Vətən müharibəsi şəhidlərinin və Qarabağın azadlıq simvoludur.
Mehman Qaraxanoğlu yazır: Zaman içimizdən ilan soyuqluğu ilə keçir. Rəqəmlərə dolaşa-dolaşa... İzsiz-tozsuz... Yaşa dolduqca bizi “isidən”və üşüdən həmin soyuqluq olur. Ara-sıra qıvrılıb, yumalıb sıfır şəklini alanda, sadəcə, diksinirik. Məsələn, bu cür: : 60. Tələbə dostumuz Şakirin də 60-a çatdığını və ya ilanın sıfıra dönüşünü görəndə bərk üşüdüm.
Feldmarşal, tarixçi alim Bəhmən Mirzə Qacar - Fətəli şahın nəvəsi, Abbas Mirzənin dördüncü oğlu, Azərbaycan valisi və şahzadə, Məhəmməd şahın anabir qardaşıdır, 1811-ci il oktyabr ayının 11-də Tehranda anadan olmuşdur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi tərəfindən 2022-ci ilin fevral, mart, aprel aylarında həyata keçirilmiş “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsinin icrası başa çatıb. Layihənin təsdiq edilmiş Fəaliyyət planı üzrə görülən işlərə dair KİV-də 60-dan çox informasiya, məqalə, o cümlədən AZƏRTAC, AzTV, Real TV və youtube.com-da xəbərlər yayılıb. Linklər əlavə edilir.
Bir sıra tanınmış dünya xəbər portalları – İrlandiyanın “Medium.com”, Rumıniyanın “News24hours.ro”, Səudiyyə Ərəbistanının “Alebaallc.com”, Türkiyənin “Dibace.net”, Əlcəzairin “Alharir.info”, El Salvadorun “Reflexiones Internacionales”, İraqın “Afkarhura.com”, “Ashurnews.com” və “Mustaqila.com”,Mərakeşin “News International”, Gürcüstanın “İverioni” saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin ölkədə elan olunmuş “Şuşa ili”nə töhfə olaraq müxtəlif dillərdə hazırladığı “Şuşa musiqi ocağının dahi yetirməsi” məqaləsinin yayınına başlayıb.