XƏBƏRLƏR

Bir sıra tanınmış dünya xəbər portalları – İrlandiyanın “Medium.com”, Rumıniyanın “News24hours.ro”, Səudiyyə Ərəbistanının “Alebaallc.com”, Türkiyənin “Dibace.net”, Əlcəzairin “Alharir.info”, El Salvadorun “Reflexiones Internacionales”, İraqın “Afkarhura.com”, “Ashurnews.com” və “Mustaqila.com”,Mərakeşin “News International”, Gürcüstanın “İverioni” saytları və sosial şəbəkələri Dövlət Tərcümə Mərkəzinin  ölkədə elan olunmuş “Şuşa ili”nə töhfə olaraq müxtəlif dillərdə hazırladığı “Şuşa musiqi ocağının dahi yetirməsi” məqaləsinin yayınına başlayıb.

1747-ci il­də Na­dir şah Əf­şa­rın qur­du­ğu nə­həng im­pe­ri­ya­nın da­ğıl­ma­sın­dan son­ra va­hid dövlə­tin par­ça­lan­ma­sı baş­lan­dı və bu, Azər­bay­can­da xan­lıq­la­rın ya­ran­ma­sı­na sə­bəb ol­du. Qa­ra­bağ xan­lı­ğı öz əra­zi­si­nə, tə­bii şə­rai­ti­nə görə da­ha üstün mövqe­yə ma­lik idi.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kənd tam orta məktəbinin yardımçı otağında  "QHT kitabxanası" yaradılıb. QHT tərəfindən kitabxanaya 200 nüsxə dövlətçiliyin, rəsmi siyasətin təbliği, elmi-kütləvi, ictimai məzmunlu, vətənpərvərlik ruhlu kitablar alınıb verilib.

"QHT Kitabxanası”nda  ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılış və “Böyük Qayıdış Şərqi Zəngəzurdan başlanır” mövzuda dəyirmi masa təşkil olunub. Tədbirdə yerli icra strukturlarının, kənd bələdiyyəsinin  üzvləri, müəllim və yuxarı sinif şagirdləri də iştirak edib.

İctimai Birliyin Cəbrayıl rayon filialının rəhbəri, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev 1 yaşının tamam olması münasibətilə QHT Agentliyini təbrik edib, xeyirxah layihənin – “QHT Kitabxanası”nın yaradılması üçün təşəkkürünü bildirib. Sonra mövzu ətrafında çıxışlar, canlı diskussiya olub.

Qeyd edilib ki, Şəhid və qazilərimizin canı, qanı bahasına işğaldan azad edilmiş yurd yerlərimizə şərəfli böyük qayıdışın reallaşması hər kəsin vətəndaşlıq borcudur.

Görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 17 avqust 1895-ci ildə Qərbi Azərbaycanın İrəvan  mahalının Göykümbət kəndində  əsilli-köklü nəsillərindən birinin ailəsində dünyaya göz açıb. Bu kənd Topçubaşovların ata-baba malikanəsi olub. Onların İrəvan şəhərində də mülkü olub.

Dünya şöhrətli norveçli səyyah, etnoqraf, antropoloq alim Tur Heyerdalın (norveç:. Thor Heyerdahl, 6 oktyabr 1914, Larvik, Norveç- 18 aprel 2002, Kolla-Miçeri, İtaliya) 1981-ci ilin avqustunda Azərbaycana gəlməkdə məqsədi Qobustandakı qayaüstü qayıq təsvirlərinə baxmaq,   onların dövrü haqqındakı elmi məlumatları dəqiqləşdirmək idi.

Azərbaycanın milli at cinsi olan Qarabağ atları qızılı-kürən rəngini günəşdən, güc və qüdrətini dağlardan alan  dağ-minik at cinsidir. Onlar yüksək sürəti ilə seçilir, hündür və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Alın və burun sümükləri yaxşı inkişaf edib, gözləri qabarıqdır. Boynu orta uzunluqda, hətta bir qədər də gödəkdir. Əsas əlaməti parıldayan narıncı rəngdə olmasıdır. Yalı və quyruğunun ucu qızarmış, tünd-şabalıdı rəngdə olur. Dərisi nazik, tükləri yumşaq və parıltılıdır.

Altbölüm