Fransanın populyar “Musulmans en France” xəbər portalı ADTM-in “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanda elan olunmuş “Şuşa ili” ilə əlaqədar “Aleksandr Düma və Azərbaycan şairi Natəvanın görüşü” adlı məqalənin yayınına başlayıb. Məqalənin müəllifi – tanınmış jurnalist, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Hacı Abdulla, fransız dilinə tərcümə müəllifi – Mərkəzin fransız dili üzrə mütəxəssisi Fərhad Tağızadədir. Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “Musulmans en France” portalı müntəzəm olaraq səhifələrində dünya müsəlmanlarının görkəmli şəxsiyyətləri haqqında materiallar işıqlandırır. mənbə: https://musulmansenfrance.fr/la-rencontre-dalexandre-dumas-et-de-la-poetesse-azerie-natavan/ https://aztc.gov.az/az/posts/id:1345. Məqalənin tamamı burada:
26 fevral Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doğum günüdür. Ərdoğan adı ötən il 27 sentyabrda başlayıb cəmi 44 gün davam edən Vətən müharibəsinin ilk günündən hər bir azərbaycanlı üçün daha dogma, əziz olub, hər kəsin qəlbində Ərdoğan sevgisi boy atıb.
“Çar Rusiyası, daha sonra Sovet Rusiyası Azərbaycanın digər ərazilərini ələ keçirmək üçün müxtəlif yollardan istifadə etmişdi. Məsələn, İkinci Dünya Müharibəsinin əvvəlində sovet qoşunları Cənubi Azərbaycana daxil olmuşdu. O dövrdə ABŞ, İngiltərə və Rusiya arasında bağlanan müqaviləyə görə, müharibə bitdikdən ən geci iki ay sonra qoşunlar Cənubi Azərbaycandan çıxmalıydı. Lakin amerikalılar və ingilislərdən fərqli olaraq, sovet qoşunları burada qaldı. Əslində, Şimal və Cənub torpaqlarımızın birləşməsi üçün çox əlverişli şərait yaranmışdı. Açığı, həmin dövrdə Sovet İttifaqının təsir zonasına daxil olsaydı, SSRİ dağıldıqdan sonra Bütöv Azərbaycan yarana bilərdi”.
Tarixçi-alim Əziz Boranın Teleqraf.com-a müsahibəsini təqdim edirik.
Faiq Şəmil oğlu İsmayılov (1962-1993) Yevlaxda doğulub Mingəçevirdə yaşamışdı. 12 il yaşadığım Nur şəhərinə gələndə təzəcə rəhmətə getmişdi, üzünü görmədim, şeirlərinin əlyazmalarını oxudum və əbədilik yaddaşıma, ruhuma yazdım o adı və “İynəboyu şeirlər”ini. Dəfələrlə anım tədbirlərini - iynəboyu yubileylərini keçirdik, haqqında yazdım və heç zaman unutmadım. Bu il 60 yaşı olur 29 yaşında dünyadan köçən şairin. Onu da siz də oxuyun…
Dünyanı yenidən bölüşdürmək üçün başlanmış Birinci dünya müharibəsi (28 iyul 1914–11 noyabr 1918) əvvəlcə "Antanta" - Böyük Britanya, Fransa və Rusiya imperiyası ilə "Üçlər ittifaqı" - Almaniya, Avstriya-Macarıstan və İtaliya (1915-ci ildə Antantanın tərəfinə keçir) arasında başlanmışdı. 38 dövlətin qarışdığı, 70 milyondan artıq hərbçinin (onların 60 milyonu avropalı idi) qoşulduğu, 10 milyon əsgərin yaşamını itirdiyi bu savaşa Osmanlı dövləti 1914-cü ildə "Üçlər ittifaqı" tərəfindən qoşuldu.