ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ
 

Menyu

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
  • Ana səhifə
  • XƏBƏRLƏR
  • ZƏNGƏZUR
    • ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONU:
      • CƏBRAYIL
      • KƏLBƏCƏR RAYONU
      • LAÇIN RAYONU
      • QUBADLI RAYONU
      • ZƏNGİLAN RAYONU
    • QƏRBİ ZƏNGƏZUR:
      • SİSİAN
      • GORUS
      • QAFAN
      • MEĞRİ
  • MƏQALƏLƏR
  • KİTABLAR
  • ƏLAQƏ

XƏBƏRLƏR

Daha çox əsir, girov götürmək lazımdır ki...

Empty
  • Çap
  • E-mail

Azərbaycanın Qurtuluş Savaşı Zəfər gününə yaxınlaşır, Laçın, Şuşa, Kəlbəcər, Ağdamın donuzlardan təmizlənməsi əməliyyatı son fazaya qədəm qoyur, “dqr” deyilən bədnam qurum tarixin zibil qutusuna atılır. İndi ən vacib məsələlərdən biri də mühasirədə qalan mülki əhalidən mümkün qədər çox sayda əsir, girov götürməkdir. Çünki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə, 1-ci Qarabağ savaşından ermənilərin əlində qalan itkin düşmüş, əsir-girov götürülmüş 3890 nəfər qeydiyyatından keçən həmvətənimizin adı var; onlardan hərbçilər - 3171 nəfər, mülki şəxslər - 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca), kişilər - 3623 nəfər, qadınlar - 267 nəfər. http://human.gov.az. Onları ən qısa zamanda dəyişib məşəqqətli əsirlik zülmündən xilas etmək, həm də illərdir gözü yolda qalan yaxınlarını mənəvi iztirabdan qurtarmaq lazımdır. Bu, xalq, dövlət olaraq, bizim ümdə vəzifəmiz, mənəvi borcumuzdur. Həm də ki, nə qədər ağrılı da olsa xırdalamadan deməliyik; bu səbəbdən Ermənistan dünyada insan orqanlarının satışı üzrə liderlər ölkələrdən biridir, rus, ingilis, fransızın bic doğduğu bu bədnam dövlətciyin əsas gəlir mənbələrindən biri də buradandır. https://www.moderator.az/news/349844.html. Hacı Nərimanoğlu

Baxış sayı: 1023

Hərbi qələbə siyasi sənədlərdə rəsmiləşməlidir

Empty
  • Çap
  • E-mail
Azərbaycanın sentyabrın 27-dən başlanan Qurtuluş Savaşı son Zəfərə yaxınlaşır. Bu müharibənin hərbi-strateji planlamasındakı peşəkarlıq, yeni orijinallıq yanaşma, novatorluq artıq dünyanın bir çox ölkəsinin hərbçiləri tərəfindən yüksək dəyərləndirilib, bundan sonra da uzun illər öyrəniləcək, hərb və tarix kitablarına salınacaqdır. 30 ilə yaxın işğal altında saxlanılan ərazilərdəki ən mühüm strateji mövqelərdə möhkəmlənmiş erməni silahlı qüvvələrinin Azərbaycan Ordusu qarşısında aciz, gücsüz, miskin duruma düşməsi, darmadağın edilməsi faktlarda, Müdafiə Naziliyinin, eləcə də Ermənistanın rəsmi qurumlarının yaydığı video görüntü, çıxışlarda appaçıq görünür. Görünən dağa bələdçi nə lazım?! Ermənistanı, qondarma dağlıq qarabağ respublikası adlandırdığı bic uşağı doğub, əmizdirib, bələyib yekəldən, həm də Azərbaycanın üstünə qısqırdan iri buynuzlular, tətikçi dövlətlərin özləri də çarəsiz, pat vəziyyətdə qalıblar, kömək, yardım filan da yetərsiz qalıb, erməni hərb maşını tamam sıradan çıxarılıb. Savaşda qazanılan uğurlarımızın səbəblərini sıralayaq:
Baxış sayı: 619

Ardını oxu...

Əslən Qubadlıdan olan bir qrup ziyalının Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciəti

Empty
  • Çap
  • E-mail
      Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Komandanlığınızla 27 sentyabrdan başlanan Qurtuluş Savaşı hər gün yeni qələbələrlə xalqımızı sevindirir, vətəndaşlarımıza sonsuz ruh yüksəkliyi bəxş edir. Bizim üçün Azərbaycanın hər qarış torpağı doğmadır, əzizdir. Ancaq etiraf edək ki, dünyaya göz açdığımız, 28 ildən bəri həsrət qaldığımız, əzizlərimizin cismi uyuyan Qubadlının yağı düşməndən azad edilməsi xəbərini sizin dilinizdən eşitmək, ekran-efirdə görüb izləmək bir özgə hissdir. Bizim həyatımızda, mənəvi dünyamızda Qubadlının başqa yeri var. Bu xoş xəbərin bəxş etdiyi duyğunu sözlə ifadə etmək çox çətindir. İnanırıq ki, tezliklə hər birimizin o torpaqları ziyarət etmək, o ellərə dönmək arzumuz gerçəkləşəcəkdir. Xalqımız Laçın, Kəlbəcər, Şuşa, Xankəndinin də yağı tapdağından qurtuluş xəbərini Sizdən eşitmək arzusu ilə yaşayır (müraciət https://president.az/articles/44578 və https://azertag.az/xeber/1625951 saytında yerləşib).

Baxış sayı: 1139

Ardını oxu...

Haqq savaşı "Qurani-Kərim"də və "Kitabi-Dədə-Qorqud"da

Empty
  • Çap
  • E-mail

 Hacı NƏRİMANOĞLU

Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru "525-ci qəzet", 13.09.20.

http://525.az/site/?name=xeber&news_id=152198

Dövlətimiz, xalqımız və qüdrətli ordumuz Qarabağda haqq savaşı, işğaldan qurtuluş savaşında olduğu bu tarixi günlərdə müqəddəs kitabımız olan "Qurani-Kərim"dəki ayələrin uca və dərin hikmətinin bir daha xatırlanaraq dərk olunmasına böyük ehtiyac var. Odur ki, həmin ilahi ayələrdən bu mövzuyla bağlı bir neçəsini diqqətə çatdırmağı lazım bilirik:

Baxış sayı: 1185

Ardını oxu...

Qarabağ uğrunda savaşa sonadək davam-xalqın istəyi budur!

Empty
  • Çap
  • E-mail

Bütün tarixi məkr, hiylə, alçaqlıqlarla dolu olan, yalanı, yaltaqlığı, böhtanı dövlət siyasətinə çevirən Ermənistanın Moskvada imzalanmış atəşkəs razılaşmasının mürəkkəbi qurumamış Gəncə və digər şəhər, kəndlərimizi hərbi-siyasi havadarlarının havayı verdiyi top, raketlərlə atəşə tutması bunun yeni əyani sübutudur. Üz-üzə döyüşdə, savaşda həmişə rəzil, miskin durumda qalan ermənilərin əvvəlcə dünya liderlərinə minnətçi düşüb atəşkəs üçün vasitəçilik etməsinə yalvarması, ardınca imzalanmış sənəddən riyakarcasına imtinası, Azərbaycan iqtidarının humanist addımından  bəhrələnib vaxt qazanaraq əzilmiş, sındırılmış hərb maşınını təmir etmək istəyi bu murdar xislətin təzahürüdür. “Zəngəzur” Cəmiyyətləri Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası xain saldırılarda həyatını itirən həmvətənlərimizə Uca Tanrıdan rəhmət, əzizlərinə səbir, yaralılarımza şəfalar diləyir. Sentyabrın 27-dən başlanan Milli Qurtuluş Savaşı ilə xalqımızın iradəsinin, yekdil düşüncəsinin qətiyyətli ifadəçisinə  çevrilən Ali Baş Komandan İlham Əliyevə müraciət edərək, işğal altında olan torpaqlarımız son kəndinə qədər tamamilə azad edilən günədək Ermənistanın və havadarlarının  sülh, danışıqlar çağırışından imtinaya çağırırıq. Prezident, Ali Baş Komandanımızın bu tarixi şansı, xalqımızın, ordumuzun döyüş ruhunu, qələbə əzmini Zəfər gününədək fasilə vermədən son qələbəyə  aparacağına inanırıq. Xalqımız sizinlədir, zəfərlər səninlə olsun, Milli Ordumuz, Sizə inanırıq, güvənirik, cənab Ali Baş Komandanımız!

Hacı Nərimanoğlu, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri

 

Baxış sayı: 1192

  28 illik həsrətin sonu- Ordumuz Zəngəzur ellərinə qədəm qoyur

Empty
  • Çap
  • E-mail

Artıq Azərbaycanın əsrarəngsiz təbii gözəlliklərlə, zəngin təbii sərvətlərlə dolu Zəngəzur ellərinə, Zəngəzurun Azərbaycana qovuşmasına sayılı günlər qalıb. Vətən, Torpaq uğrunda canlarından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, yaralılarımıza şəfalar, Qazilərimizə zəfəriniz mübarək, Tanrı sizləri qorusun-deyirik. Yurd-yuvalarına dönüş həsrətilə dünyadan köçən həmvətənlərimizə rəhmət, bu xoşbəxt günləri gözləyənlərə tezliklə vüsala yetmələrini diləyirik. Prezident və Ali Baş Komandanın siyasi iradəsi, Milli Ordumuzun şücaəti, döyüş ruhu, dövlət-xalq  birlik, bərabərliyi qələbəni, qurtuluşu, zəfər günlərini günbəgün yaxınlaşdırır. Gözün aydın, Azərbaycan, zəfərlər səninlə olsun!

Baxış sayı: 1196

Ardını oxu...

  1. Tarixin dərslərindən ibrət almalıyıq
  2. Vətənə qayıdış və qisas zamanıdır!
  3. "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: Zəfər sənin olacaq, Azərbaycan Ordusu!
  4. Erməni terror təşkilatları
  5. Zəngəzurlu 3 general nazirin eyni vəzifə taleyi: Xosrov bəy Sultanov, Valeh Bərşadlı, Məhəmməd Əsədov və Qarabağın işğalına aparan yol
  6. Oxçu qətliamının 100 ili tamam olur
  7.   29 oktyabr Türkiyə Cümhuriyyətinin yarandığı gündür
  8. Hacı Nərimanoğlu: Azərbaycan Prezidentinin fikirləri Zəngəzurla bağlı tarixi həqiqətləri tam dolğun əks etdirir
  9. Hacı Nərimanoğlunun "Zəngəzur: 100 sual, 100 cavab" kitabı nəşr edilib
  10. Zəngəzurda ermənilərə verilən tarixi dərslər

31 -dən səhifə 38

  • Başa
  • Geri
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • İrəli
  • Sona
Bütün hüquqlar qorunur © 2022 | ZƏNGƏZUR CƏMİYYƏTLƏRİ BİRLİYİ

Joomla Template by ThemeXpert